Tural Səfərov Naxçıvan Beynəlxalq Hava Limanını sərt tənqid etdi: "Belə biabırçılıq olmaz" - FOTO
"Naxçıvan Beynəlxalq Hava Limanının problemləri həll edilmir ki, edilmir. Bu hava limanından istifadə edənlər hər gün bir biabırçılıqla qarşılaşır".

Bunu TNS İnformasiya agentliyinin direktoru Tural Səfərov sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, saat 19:00-da başlamalı olan qeydiyyat hələ başlamayıb. Deyirlər, hava limanının direktoru Mənşur Gülməmmədlinin sistemi işləmir. Əməlli başlı sabotajla məşğuldurlar. Vasif Talıbovun və Cahangir Əsgərovun vəzifədən qovulmasından sonra elə görüntü yaratmağa çalışırlar ki, guya əvvəlki dövr daha yaxşı idi.

"Qeydiyyatda cəmi bir əməkdaş çalışır. O da deyir ki, gözləyin sistemi düzəldək. Bu gedişlə bu gecə Naxçıvan Hava Limanında qalacağiq. Axı bu Mənşur Gülməmmədli nə tapılmaz tikədir ki, onu əvəz etmək mümkün deyil. Naxçıvanı və muxtar respublikanın qonaqlarını bu bəladan nə vaxt xilas edəcəklər? AZAL-ın yeni rəhbərliyi Naxçıvanın bu problemlərinin həlli üçün nəsə etməlidir. Yetər artıq",- Tural Səfərov qeyd edib.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-09_1693937676_2.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-09_1693937684_3.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-09_1693937687_4.jpg
 

Dünyapress TV

Xəbər lenti