Müğənni Nura Suri onu sosial şəbəkələrdə təhqir edən şəxsi polisə verib.
DİA.AZ Lent.az-a istinadla xəbər verir ki, o, bu barədə "Instagram" hesabında video paylaşıb. İfaçı bildirib ki, həmin şəxs qadındır və artıq saxlanılıb:
"Azərbaycan polisinə, Bakı şəhər Baş Polis İdarəsinə belə tez müraciətə baxıb, operativ işləyib, məni narahat edən şəxsi tapdıqları üçün təşəkkür edirəm. Dünən müraciət etmişdim, bu gün izahat yazdım. Artıq həmin adamı tapıblar.
Sosial şəbəkələrdə, haqqımda yazılan bütün xəbərlərdə və səhifəmdə şərh bölməsində, həmçinin “inbox”da məni təhqir edən xanımı tapıblar. İzahatımı yazdım, cavab gözləyirəm”.