Türkiyənin məşhur aktrisası Neslihan Atagül Doğulu geyimi ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, o, həyat yoldaşı Kadir Doğulu ilə məşhur jurnalın növbəti nömrəsi üçün kamera qarşısına keçib.
Aktrisanın geyindiyi qara rəngli transparan libas diqqət çəkib. Sosial şəbəkədə geniş müzakirələrə səbəb olan geyimin qiyməti 29 min TL (2622 AZN) dəyərindədir.
Atagülün libası tənqidlərə məruz qalıb.
Qeyd edək ki, cütlük 6 ildir evlidir. Onlar birlikdə baş rol oynadıqları "Fatih Harbiye" serialında tanış olublar.