Ötən ilin iyunun 28-də dünyasını dəyişən məşhur aktyor Cüneyt Arkının vəsiyyəti açıqlanıb.
Arkın daşınmaz əmlakını həyat yoldaşı və iki oğluna bağışlayıb. Bundan sonra aktyorun birinci evliliyindən olan qızı Filiz Cüreklibatır vəsiyyətə etiraz edib.
Qeyd edək ki, Cüneyt Arkının hazırladığı vəsiyyətə görə, Beşiktaş Leventdəki daşınmaz əmlakı həyat yoldaşı Betül Cüreklibatır, oğulları Murat və Kaan Polat Cüreklibatır arasında paylaşılıb.