Kiyev bombardman edilən zaman xain ukraynalı müğənni Rusiya təbliğatçılarını Ukrayna mahnısı ilə əyləndirib
Rusiya dinc ukraynalıları Yeni il gecəsində fasiləsiz atəşlərə məruz qoyduğu zaman Ukraynadan olan məşhur müğənni Taisiya Povali məşhur "Çervona ruta" hit mahnını federal "Rossiya - 1" telekanalında "Mavi işıq" Yeni il proqramında ifa edib.
Moderator.az xəbər verir ki, bu barədə "Obozrevatel" nəşri yazıb.
Ukraynada qanlı muharibəyə dəstək verən rusiyalılar qarşısında çıxışının bir hissəsinin fraqmenti olan videoçarxla Povali özünün şəxsi "İnstagram" səhifəsində öyünüb.
"Həqiqətən də, nə qədər iyrənc və şərəfini itirən olmalısan ki, ölkəni məhv edənlərin qarşısında "Çernova ruta" mahnısını ifa edəsən", - Povalinin çıxışı Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşşenko belə şərh edib.
Geraşşenko həmçinin dəfələrlə ukraynalıları qətlə yetirməyə çağırış edən Kreml təbliğatçısı Vladimir Solovyovun Rusiya Silahlı Qüvbələri zabitlərinin əhatəsində əfsanəvi mahnını Ukrayna dilində dinləndiyini əks etdirən fotoşəkil dərc edib.
"Çervona ruta" mahnısını Ukrayna bəstəkarı və şairi Vladimir İvasyuk 1970-ci ildə yazıb.
Mahnını "Smeriçka" vokal-instrumental ansamblı, sonradan məşhur Ukrayna müğənnisi Sofiya Rotaru ifa edib.
Bu mahnı bir qızın Karpat əfsanələrindən olan mifik çiçəkdən hazırlanan eliksirdən bir oğlanı ovsunlanması haqqındadır.
"Çernova ruta" dünyada ən tanınmış Ukrayna mahnılarından biridir.
58 yaşlı Talisiya Povali sovet və ukraynalı müğənni, Ukraynanın xalq artistidir.
O, Kiyev vilayətinin Şamrayevka kəndində anadan olub.
2012-2014-cü illərdə Ukraynanın xalq deputatı olub.
2022-ci ilin sentyabrında bu rus dünyası aşiqinə qarşı Kiyev sanskiyalar tətbiq edib.