Bəstəkar-müğənni Murad Arif paylaşımı ilə diqqət çəkib.
DİA.AZ Lent.az-a istinadla xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında dünya əhalisinin sayının 8 milyardı keçməsinə aid foto paylaşıb.
"Doğuşa limit qoyulsa, yaxşı olar", - deyə, o, fotonun üzərinə yazıb.
Qeyd edək ki, şoumen və müğənni Murad Arif Aygün Kazımova, Röya, Natavan Həbibi, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Faiq Ağayev və s. kimi məşhurların repertuarı üçün hitlər bəstələyib.