Məşhur dizaynerlərin yeni kolleksiyalarının sərgiləndiyi Paris Moda Həftəsinə məşhur model Bella Hadid damğa vurub. Bakupost.az xəbər verir ki, 25 yaşlı model podiuma çılpaq çıxıb. Onun üzərində təkcə alt paltarı olub. Cazibədar model sinəsini isə əlləri ilə örtüb. Daha sonra Bellanın bədəninə ağ rəngli xüsusi sprey püskürdülüb. Səhnədə "geyindirilən" Bella bununla da moda tarixinə düşüb. Həmin anları əks etdirən videonu təqdim edirik: