"3 il yarım Cavanşir Məmmədovun evində gizli yaşamışam" -
Bakı Ağır Cinayətlər Məhkəməsində əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovaya qarşı dələduzluqda təqsirləndirilən Kemal Mustafa İbilinin işi üzrə məhkəmə prosesi başlayıb.

Teref.az-ın Trend.az-a istinadən məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra Cavanşir Məmmədovun vəkili vəsatət qaldıraraq bildirib ki, təqsirləndirilən şəxs mediaya məlumat verməklə Cavanşir Məmmədova təzyiq edir. Vəkil, həmçinin Mustafa İbilinin polis nəzarətində olması qəti imkan tədbirinin həbslə əvəz olunmasını istəyib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Daha sonra təqsirləndirilən şəxs Mustafa İbili ifadə verib.

O, ifadəsində bildirib ki, Xatirə Məmmədova ilə 2018-ci ildə “Facebook” vasitəsilə tanış olub və evlənmək üçün Bakıya gəlib:

“Bakıya gəldikdən sonra özümlə gətirdiyim 60 min dolları Xatirə ilə xərclədim. Lakin onunla evlənmədik. 200 min dollara qədər pulumu xərclədi. Qardaşıma aid 135 min dollar da həmin pula daxil idi. 3 il yarım dolandıraraq pulu xərclədilər. 3 il yarım ərzində mən Cavanşir Məmmədovun evində gizli yaşamışam. Evin qarşısında ayda 500 manat verib kirayə qalsam da, axşamlar Cavanşir Məmmədovun evində yaşamışam. Heç kimdən pul istəməmişəm. Xatirə Məmmədova atasından aldığı pulu mənim adıma olan bank hesabına yatırdı. İddia edirlər ki, mənə 140 min dollardan çox pul veriblər. Yalandır. Mənə pul verilməyib. Sadəcə, hesabıma yatırılıb. Bu da heç 100 min dolar etmirdi. Bank çıxarışı ilə razı deyiləm. Təkrar yoxlanılmasını istəyirəm. İddia etdiklərindən az pul yatırıblar. Hesabdakı pulun bir qisminə birjadan səhm aldım. Digər qismini də Xatirə Məmmədovanın israrı ilə çıxarılıb və özünə verilib”.

Məhkəmənin növbəti iclası oktyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib.

Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13 000 manat və 126 500 dollar alıb və geri qaytarmayıb. M.İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
 

Bölmənin digər xəbərləri

04 Dekabr 2024 İllərdir küsülü olan Elnarə, Röya və Natavan bir arada - FOTO
04 Dekabr 2024 Ağadadaş Ağayevin müdafiəsinə qalxdı: "Qoy daşı günahsız olan atsın"
03 Dekabr 2024 Müğənni Dənizə qarşı yeni ittiham: Cəzalanması tələb edilir
03 Dekabr 2024 Xalq artisti: Qarajımı satdım ki, dolana bilim
02 Dekabr 2024 “Bir də evlənərəm, bir də boşanaram!”
02 Dekabr 2024 Məşhur aktyor öldü
02 Dekabr 2024 Bacısı ilk dəfə Aygün Bəylərin vəsiyyətini AÇIQLADI
30 Noyabr 2024 “Həyat yoldaşım əsəbiləşəndə, mən susuram” - FOTOLAR
29 Noyabr 2024 Ölümündən öncə otağında iki qadın olub...
28 Noyabr 2024 Tiktoker "Roşka" həbs edildi
26 Noyabr 2024 "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
26 Noyabr 2024 Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
26 Noyabr 2024  Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
25 Noyabr 2024 İzzətin adını eşitmək istəmədi, Aynurdan isə gileyləndi - VİDEO
25 Noyabr 2024 "Bundan başqa bizə nə lazımdır axı?"
24 Noyabr 2024 Xına mərasimi aparıcısı: "Qiymət paketi 80 min manata yaxın olan məclisə getmişik"
23 Noyabr 2024 Ərinin qarşısında boşqabı çevirib, stula çıxdı - Qumraldan qəribə paylaşım - VİDEO
23 Noyabr 2024 “Danışmağa qoymursan…” - Müğənni Zümrüdə əsəbiləşdi - VİDEO
23 Noyabr 2024 "Özünə hörmət edən sənətkar efirə çıxmır"
22 Noyabr 2024 Elçin Cəlilovun qardaşı oğlu ifası ilə diqqət çəkdi - VİDEO

Dünyapress TV

Xəbər lenti