Müğənni Nura Suri müzakirə obyektinə çevrilən ictimai nəqliyyatlarda qiymət artımına etiraz edib. İfaçı şirkətlərin artımla bağlı müraciətindən sonra fikirlərini sosial media hesabından bölüşüb. “Tarif Şurası elə bil Marsda yaşayır. Nə qədər artım olar? İctimai nəqliyyatın qiymətini qaldırmaq mövzusu atılıb gündəmə”, deyən Suri düşüncələrini bu cür davam etdirib:
“İctimai nəqliyyatdan varlılar istifadə etmir. Kasıbları öldürməyin başqa yollarını axtarın”.