Üzeyir Hacıbəyov kimi dahi, unikal şəxsiyyətlə təşəkkül tapan musiqimiz daha sonra Qara Qarayevlər, Fikrət Əmirovlar, Vaqif Mustafazadələr və neçə-neçə sadalamaqla bitirə bilməyəcəyimiz böyük şəxsiyyətlər sayəsində özünə zirvədə yer tapdı. Lakin hazırki dönəmdə musiqimizdə yaranan və getdikcə də artan bayağılaşma tendensiyası hər birimizi düşünməyə vadar edir.
Bununla əlaqədar akademik musiqi təhsili alan, bir çox populyar və keyifyyətli mahnıların müəllifi, Türkiyədə çəkilən bir neçə filmin musiqisini bəstələmiş Ruhin İsmayılovla həmsöhbət olduq. Müsahibimizlə musiqimizin keçmişdən bu günə necə dəyişdiyini, hazırkı vəziyyətini öyrəndik və həll yollarını axtardıq...