Müğənni Şəbnəm Tovuzlu xarici ölkədə iştirak etdiyi tədbirə görə son günlər tənqid olunur.
DİA.AZ lent.az-a istinadla xəbər verir ki, Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində 80 hərbçimizin şəhid olmasını səbəb göstərərək, onun İsraildə tədbirə qatılmasına etiraz olunub. Xaricdə yaşayan azərbaycanlılar ifaçıdan şəhidlərimizə hörmət etməsini istəyiblər.
O isə "Instagram" hesabında bütün etirazlara belə cavab verib:
"Şəhidimizə hörmətlə yanaşdıq. Orada yeyib-içmək, oynamaq olmayıb. Dövlət tədbiridir. Bir şəhid mahnımız oxundu, bu qədər".
Qeyd edək ki, Şəbnəm Tovuzlu İsraildədir və dünən orada konsert verib.