Ötən günlərdə türkiyəli məşhur pop müğənni Hadisənin səhnədə ağlaması evliliyində problemlər olduğu ilə bağlı müzakirələrə səbəb olmuşdu.
“Küçük bir yol”u ifa edən Hadisə mahnının “O sən olsaydın yanımda” hissəsinə çatanda ağlamağa başlayıb. Onun bu davranışı “keçmiş sevgilisi Kaan Yıldırıma görə göz yaşları tökür” kimi reaksiyalara səbəb olub.
Hadisənin son konsertində səhnəyə barmağında nişan üzüyü olmadan çıxması bu iddiaları daha da gücləndirib.
Bir müddətdir həyat yoldaşı Mehmet Dinçerlerlə birlikdə görünməyən Hadisə həyat yoldaşının 23 avqustda ad günündə də heç bir paylaşım etməyib.
Dünən yeni bir məkanın açılışını edən Mehmet Dinçerlerin də evləndikdən sonra ilk dəfə nişan üzüyünü taxmaması diqqətlərdən qaçmayıb. Eyni zamanda, iş adamı yeni məkanının açılış mərasiminə Hadisə ilə gəlməyib.
Xatırladaq ki, cütlük bu ilin aprel ayında nikah bağlayıb. Mənbə: A Haber