Prodüser-aparıcı Tarix Əliyev müğənni Damlanın geyimlərini tənqid edib. DİA.AZ axşam.az-a istinadla xəbər verir ki, o, ifaçının ötən gün verdiyi konsertdəki görüntüyə reaksiya verib. Bu haqda "show_news" səhifəsində yazan Tolik bunları qeyd edib:
"Bura evimin qarşısıdır və orada bütün konsertlər belə olur. İnsanlar burada çox olur. İndi gələk ikinci məsələyə: Bu geyim Damlanın bədən quruluşuna uyğun deyil. Yaxşı qızdır, həm safdır, həm ağıllıdır, həm də biclik edir. Bilir ki, belə geyinsə, hamı yazacaq. Konsert kiməsə maraqlı olmayacaq. bir də öz aləmində kişicik olan stilistlər, özləri qadın geyimi geyinirlər. onu da belə geyindiriblər ki, sən CeyLosan. Amma demirlər ki, CeyLo bunu daşıya bilir. Yazıq Damlanı arvad simalı stilistlər pis günə qoyurlar".
Tolik Damla ilə küsülü olması haqda suallara isə "Damla ilə beş gün əvvəl restoranda söhbət etmişəm. Müğənni ilə işləmirəm. İşlədiyim müğənniləri isə vaxtında görmüsünüz. Sözümü hamıya deyirəm: dostluq başqa, iş başqa. Tənqidi qəbul etmək lazımdır, kimisə təhqir etmirəm" cavabını verib.
O, əlavə edib ki, Damla yaxşı klip çəkdirsə də, maraq qazana bilmir:
"Damla və komandası buna öyrəşib. Damla pul buraxır, gözəl kliplər çəkir, amma işləri gündəm olmur. Yalnız ya geyimi, ya da hansısa epizod. Bu da müğənninin ən böyük uğursuzluğudur. Gərək müğənninin klipi də, hər layihəsi də gündəm olsun. Geyimləri də zövqsüz: biri var brend ola, biri də var CeyLo-nun "kitayski poddelka"sı".
Qeyd edək ki, Damla Heydər Əliyev Mərkəzinin parkında konsert verib.