“Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyi və RT telekanalının baş redaktoru Marqariya Simonyan “Google” korporasiyasını məhkəməyə verib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu, korporasiyaya daxil olan “YouTube” videohostinqində onun kanalının bloklanması ilə əlaqədardır.
Bildirilib ki, Moskva Arbitraj Məhkəməsi “YouTube” kanalının bloklanmasını qanunsuz olduğunu bildirən Simonyanın iddiasını icraata qəbul edib. Əgər “Google” kanaldan məhdudiyyətləri götürməkdən imtina etsə, şirkət məhkəmə aktının yerinə yetirilmədiyi hər keçən günə görə 100 min rubl cərimə olunacaq, məbləğ hər həftə iki dəfə artacaq.
İlkin məhkəmə prosesi oktyabrın 26-na təyin olunub.
Qeyd edək ki, Simonyanın “YouTube” kanalı 2022-ci ilin yazında bloklanıb. Ondan başqa, videohostinq administrasiyası dövlət tərəfindən maliyyələşən Rusiya mediasının digər kanallarına da girişi məhdudlaşdırıb. Sanksiyalar RT, “Birinci kanal”, “Rossiya-1”, “Zvezda”, NTV və “Kultura” telekanallarına qarşı tətbiq edilib.