"Bu günə qədər eşitməmişəm ki, hansısa müğənni vergi borcuna görə həbs olunub və ya böyük məbləğdə cərimə edilib"
“Azərbaycanda vergi mədəniyyətinin formalaşması istənilən səviyyədə deyil. Türkiyə ilə müqayisədə ölkədə vergi rüsumlarının yığılması və xərclənməsi ilə bağlı açıqlama səthi xarakter daşıyır. DİA.AZ xəbər verir ki, bu sözləri “Şərq”ə açıqlamasında iqtisadçı-ekspert Rauf Qarayev deyib. Ekspertin sözlərinə görə, ərəb xilafəti dövründən bizdə xüms, zəkat və sair vergi növləri var idi. Əslində, bu, vergi mədəniyyətini də özündə əks etdirir. Baxmayaraq ki, bizdə dini baxımdan formalaşan vergi mədəniyyəti könüllülük prinsipi daşıyır. Təəssüf ki, bu yanaşma qanunvericiliklə bağlı məqamlara sirayət etməyib. Yəni vergi verməyən şəxs ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilmir. Amma Avropada bu mədəniyyət formalaşdığı üçün orada bir çox vətəndaş vergi ödəməyi özlərinə borc bilir.

İqtisadçının fikrincə, Avropada əmək haqları, pensiya təminatı, sosial müdafiə, ölkənin iqtisadi baxımdan inkişafı vergi prinsipi üzərində qurulub. Bizdə isə belə deyil:

“Neft sektoru büdcəni formalaşdıran amildir. Bu baxımdan da, əhalidə fikir formalaşıb ki, əgər neftdən pul gəlirsə, o halda vergi ödəməyə ehtiyac yoxdur. Belə düşüncə müğənnilərə də aiddir. Müğənnilər özləri açıqlayır ki, toyda 1 saat oxumaq üçün 15 min manat alırlar. Vergi məsələsini soruşduqda, deyir, ödəmirəm, çünki köməkçilərim var, qazancım onların xərclərinə gedir. Yaxud toya yoxlama gələndə qeyd edir ki, dostunun toyuna gəlib, gəliri yoxdur, “bir-iki ağız” oxuyub gedəcək. Bu günə qədər eşitməmişəm ki, hansısa müğənni vergi borcuna görə həbs olunub və ya böyük məbləğdə cərimə edilib”.

Ekspert deyib ki, müğənni şadlıq sarayı ilə müqavilə bağlamır, toy yiyəsi ilə razılaşıb gəlir:

“Nə şadlıq sarayı bunu edəcək, nə də toy sahibi. Çünki belə halda onlar da vergi ödəyicisi siyahısına düşəcəklər. Bütün proseslər bir-birinə zəncirvari bağlıdır.

Türkiyədə müğənni fəxr edir ki, vergi ödəyirəm, ölkəmə xeyir verirəm. Hətta sənətə yeni başlayanlar da bu addımları ilə nümunə olurlar. Azərbaycanda vergi qanunvericiliyi sərtdir, amma yayınmalar daha çoxdur.

Demək, sərtlik işə yaramır. Bu məsələdə vətənə, xalqa sevgi olmalıdır. Bizdə vergi təbliğatının əsas göstəricisi müğənnilər olmalıdır, çünki onlar xalqdan qazanırlar. Amma qazandıqlarından xalqa qaytarmaq istədiklərini görmürük”.

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 Ərinin qarşısında boşqabı çevirib, stula çıxdı - Qumraldan qəribə paylaşım - VİDEO
23 Noyabr 2024 “Danışmağa qoymursan…” - Müğənni Zümrüdə əsəbiləşdi - VİDEO
23 Noyabr 2024 "Özünə hörmət edən sənətkar efirə çıxmır"
22 Noyabr 2024 Elçin Cəlilovun qardaşı oğlu ifası ilə diqqət çəkdi - VİDEO
22 Noyabr 2024 “Ərim toy süfrəsindəki kişmişi, fındığı da yeyir”
22 Noyabr 2024 "Klarneti həmin aparıcının ağzına soxacağam..." - Hüseyn HƏDƏLƏDİ
21 Noyabr 2024 Oğlu Sevdaya qadağa qoydu - VİDEO
21 Noyabr 2024 Aysel Balidə sinə dekolteli geyimdə - FOTO
20 Noyabr 2024 "Dünya gözəli" yarışmasında QALMAQAL - Başqa model qalib olmalı idi
20 Noyabr 2024 Şəbnəm Tovuzlu gərgin anlar yaşadı: "Ayıb olsun, sənə" - VİDEO
20 Noyabr 2024 “10 ildir gündəlik xərclərimi qeyd edirəm” - Xəyyam Nisanov
19 Noyabr 2024 Efirdə biabırçı müzakirə: “Arvaddan iy gəlir…” – VİDEO
18 Noyabr 2024 Manana Çaparidzeyə ağır itki üz verdi
18 Noyabr 2024 "Kainat gözəli 2024" seçildi - FOTOLAR
17 Noyabr 2024 Bakıda bəy məşhur müğənnini və atasını toydan qovdu
16 Noyabr 2024 Nəfəs Aqşinin evinə dava salıb? - Həyat yoldaşı işə qarışdı - VİDEO
16 Noyabr 2024 “Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” - Səmra
15 Noyabr 2024 "Ona dəyən daş mənə dəysin" - Keçmiş ərindən DANIŞDI
15 Noyabr 2024 Efirdə birgə ağladılar - VİDEO
15 Noyabr 2024 Aysun bacılarla küsülülüyündən danışdı

Dünyapress TV

Xəbər lenti