Mərhum müğənni Səyyad Əlizadənin oğlu Atabəy atasına mahnı həsr edib.
DİA.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, sənətçinin oğlu səs yazma studiyasında “Ata” adlı nəğməsini lentə alıb.
Atabəy sözügedən mahnını sənətkarın verilişlərdəki çıxışlarından yer alan görüntülərlə klip halına gətirərək, sosial şəbəkə hesabında paylaşıb.
Mərhum sənətkarın bir çox həmkarları Atabəyə dəstək olub, ifasını “Instagram” səhifələrində yayımlayıblar. Qeyd edək ki, ötən ilin sentyabr ayında koronavirusa yoluxan S.Əlizadə Mərkəzi Gömrük Hospitalında xəstəxanaya yerləşdirilmişdi.
63 yaşlı müğənni süni tənəffüs aparatına qoşulsa da, ağciyərinin 80 faizinin buzlaşması səbəbi ilə onun həyatını xilas etmək mümkün olmamışdı.