Zaur, Xoşqədəm, Elgizin verilişi ilə bağlı YENİ TƏLƏB
Xəbər verdiyimiz kimi, aparıcı Elgiz Əkbərin verilişinə görə ARB-yə xəbərdarlıq edilib. Belə ki, kanalda 21 may 2025-ci il tarixdə yayımlanan “Elgizlə izlə” proqramı zamanı aparıcı və qonaqlar tərəfindən səsləndirilən “Qadını özbaşına buraxsan, evin yıxılar”, “Qadını tanımaq üçün ona pul və azadlıq vermək lazımdı”, kimi fikirlər narazılıq yaradıb. Digər tərəfdən, Audiovizual Şura dəfələrlə oxşar formatda yayımlanan proqramlarla bağlı iclaslar keçirib, müxtəlif kanallara töhmət verilib. Xüsusilə, Xoşqədəm Hidayətqızı, Zaur Baxşəliyev, Zaur Kamal və sair kimi aparıcıların təqdimatında yayımlanan verilişlər tənqid edilir. Davamlı irad və cəzalara baxmayaraq, heç bir nəticənin çıxarılmadığı düşünülür. Bildilir ki, sözügedən tədbirlər sadəcə formal xarakter daşıyır.

Globalinfo.az-a danışan media eksperti Zeynal Məmmədli deyib ki, bu tip proqramlar əsasən əyləndirmə xarakteri daşıyır və jurnalistika ilə əlaqəsi yoxdur:

“Televiziya sintetik məkandır və sahəsi genişdir. Jurnalistika cəmiyyəti məlumatlandırmalıdır. Elgizin və digərlərinin verilişində isə məqsəd bu deyil, əyləncədir. Bu, birbaşa televiziyanın siyasəti ilə bağlı məsələdir. Proqram menecerləri auditoriyanı cəlb etməyin üsullarını öyrənir və tətbiq edir. Nə qədər ki reklam bazarı sərbəst deyil, belə verilişlər çox olacaq. Maraqlı məqam odur ki, eyni formatda yayımlanan verilişləri kim maliyyələşdirir? Reklam verənlər məzmundan çox, reytinqə diqqət yetirirlər. Belə olan halda, onların qarşısına sosial öhdəlik qoyulmalıdır. Reklamçılar ictimai rəylə hesablaşmalıdırlar”.
 

Dünyapress TV

Xəbər lenti