"Hər kəsə "sənətkar" demək olmaz. "Dahi sənətkar", "sənətkar" sözünü o qədər ucuzlaşdırıblar ki...".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Bayramova "Qonaqcanlı" verilişində deyib. Müğənni aparıcıların sənət adamlarını təqdim etməsindən şikayətlənib:
"Hamıya "dahi, sənətkar" deyirlər. Yaxşı səslənmir. Dahilərimiz var: Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov. "Gözəl ifaçı, müğənni" demək olar. Bunu da yaxşılara demək lazımdır. Biz bunu eşidəndə məyus oluruq. Konsertdə, verilişdə soruşanda ki, sizi necə təqdim edək? Cavab veriri ki, "Aygün Bayramova" kimi. Gözəl ifaçılar yetişəcək, özlərini təsdiq edəndən sonra "sənətkar" deyin".