Deputat: “Regionlarda iş yerləri yaradılmasa, vəziyyət gərgin olacaq”Yaradılıb 30.09.2022 09:02 | Baxış sayı: 275“Azərbaycanın regionlarında iş yerləri yaradılmasa, vəziyyət gərgin olacaq. Buna görə də, regionlarda sahibkarlıq inkişaf etdirilməlidir”.Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib.O bildirib ki, təmsil etdiyi Quba rayonunda sahibkarlar əkib-becərdiyi tərəvəz məhsullarını çaya atırlar.“Çünki emal müəssisəsi yoxdur, sahibkarlar çətinliklərə üzləşirlər”, – deyə o əlavə edib. Facebook-da paylaş