Ukrayna taxılını daşıyan gəmilər hara gedir?
BMT-nin baş katibi Rusiya ilə Ukrayna arasında sonuncunun taxılının ixracına dair razılaşmanı “bütün dünya üçün razılaşma” adlandırıb.İyulun 22-də İstanbulda çıxış edən Antonio Guterres Qara Dəniz Taxıl Təşəbbüsünün “aclıq astanasında olan ən həssas insanlara” kömək edəcəyini söyləmişdi.

İyul ayında Rusiya və Ukrayna ilə aparılan danışıqlara əsasən, müharibə başlayandan bəri ilk dəfə olaraq çox ehtiyac duyulan Ukrayna ərzaqlarını daşıyan gəmilərin ölkənin Qara dəniz limanlarını tərk etməsinə icazə verilib.

Bir ay sonra 50-dən çox gəmi Ukrayna limanlarını tərk edərək, 1,2 milyon tondan çox taxıl və digər ərzaq məhsullarının ixracına başladı.

Yaxınlıqda davam edən müharibə hələlik ixrac əməliyyatlarına təsir etməyib və getdikcə ixrac əməliyyatlarında daha çox gəmi iştirak etməyə başlayıb.

Bəs, bu ərzaq hara gedir?

BMT bu razılaşmanın milyonlarla insanın aclıqdan ölməsinin qarşısını almaq üçün lazım olduğunu müdafiə etmişdi. Lakin indiyədək onun humanitar aspekti çox zəif olaraq qalır.

Ümumdünya Ərzaq Proqramının (WFP) ilk ərzaq yardım gəmisi təyinat yerinə yenicə çatıb.

“Brave Commander” adlı yükdaşıyıcısı Efiopiyanın cənubundakı yoxsul icmalar üçün nəzərdə tutulmuş 23 min ton buğda daşıyır. Gəmi avqustun 16-da Ukraynanın Yujnı limanını tərk edib və Cibutiyə təzəcə yanaşıb.

WFP-nın dəstəyi ilə ikinci gəmi ehtiyac içində olan Yəmənə 37 min ton buğda çatdırmaq üçün yüklənib və hazırdır.Agentlik rəsmiləri ümid edir ki, bu fəaliyyət bundan sonra da davam edəcək.

Ancaq bu, çox azdır. 2021-ci ildə WFP bütün dünyaya 4,4 milyon ton ərzaq yardımı paylayıb. Onların üçdə ikisi Ukraynadan gəlib.

BMT rəsmiləri başlanğıc üçün bunun zəif olduğunu etiraf edirlər, lakin vəziyyətə daha geniş baxış təklif edirlər.

BMT-nin Ümumdünya Ərzaq Proqramının yüksək rütbəli rəsmisi Greg Barrow deyir ki, “Bizim bu etdiyimizlə limanların ümumi açılışı və bazarı qeyri-adi miqdarda taxılla doldurmaqla qarışdırmayın”.

Ukrayna taxılının beynəlxalq bazara qaytarılması təbii ki, dünyaya xeyli rahatlıq gətirdi.İrlandiyanın heyvan yemi üçün taxıl idxalçısı olan R&H Hall-un kommersiya direktoru John Bergin Bunu “İrlandiya kənd təsərrüfatı üçün yaxşı xəbər” adlandırır.

Bu yaxınlarda göyərtəsində 33 min ton qarğıdalı ilə İrlandiyanın qərb sahilindəki Foynes limanına gələn Navi Star burada maraqla gözlənilirdi.

Fevralın 24-də Rusiya işğalının başladığı gün gəmiyə Ukraynada yük vurulurdu. “Müharibə başlayanda səhər bu gəmidə 28 min ton yük var idi” deyə Bergin xatırlayır: “Bizim təchizatçımız gəmini heç vaxt dənizə çıxarmadı. Sonra liman minalandı və hər şey olduğu kimi qaldı”.

Ukraynadan ərzaq ixracı adətən dekabr-aprel ayları arasında pik həddə çatır. Müharibə onu demək olar ki, heçə endirdi. Koronavirus pandemiyası və digər ölkələrdə quraqlıq səbəbindən onsuz da yüksələn taxılın qiymətləri kəskin şəkildə artsa da, son vaxtlar yenidən ucuzlaşıb.

“Münaqişədən əvvəl orta ixrac qiymətləri təxminən 30-40 faiz yüksək idi, – Beynəlxalq Taxıl Şurasının baş iqtisadçısı Aleksandr Karavaytsev deyir. “İndi onlar yalnız 8 faiz yüksəkdir, ona görə də deyə bilərik ki, qiymət əhəmiyyətli dərəcədə aşağı düşüb”.

Qiymətlərin azalmasının bir hissəsi şimal yarımkürəsində məhsul yığdıqca mövsümi amillərlə bağlıdır, lakin dünyanın ən böyük taxıl istehsalçılarından birindən tədarükün açılmasına psixoloji reaksiya kiçik məsələ deyil. “Bu, bazara müəyyən sabitlik verir”, Bergin deyib.

Taxıl anbarları boş olduğu üçün əvvəllər limanda tutulan gəmilər dənizə çıxır, beləliklə də sənaye mənbələri ümid edir ki, vəziyyət yaxşılaşmağa davam edəcək.

“Kənd təsərrüfatı mallarının axınının davam edəcəyinə dair optimizm artır”, – Ukraynada taxıl və yağlı bitkilər ixracatında əhəmiyyətli payı olan olan “Viterra”nın sözçüsü deyir: “Gəmi sahibləri keçidlər hələ də təhlükəsiz olarsa, Ukrayna limanlarına girməyə hazırdırlar”.

Bəs, yoxsa?

İstanbulda iyul ayında əldə edilmiş razılaşmaya baxmayaraq, gəmilərin icarə haqqı hələ də müharibədən əvvəlki qiymətdən təxminən iki dəfə bahadır – gəmi sahibləri gəmilərin döyüş bölgəsinə göndərilməsi ilə bağlı potensial təhlükələrdən narahatdırlar.

Bu narahatlıq güman ki, Ukraynanın dağılmış iqtisadiyyatını bərpasına yardım etməsi üçün lazım olan məbləğdə ixrac gəlirləri əldə etməsinə mane olacaq.

“Ukraynalılar ayda 5 milyon ton ixrac etmək istəyirlər”, – Lloyd’s List-in məlumat təhlilçisi Brigitte Diakun deyir: “Bu, olduqca iddialı bir ssenaridir”.

Hələlik çoxu türk olan kiçik gəmiçilik şirkətləri riskə getməyə hazır görünür. Lakin bir çox böyük qlobal oyunçular hələ də gözləməyi seçib.

Lloyd’s List-in baş bazar müxbiri Nidaa Bakhsh deyir: “Onlar gəmi təhlükəsizliyini və ekipajın təhlükəsizliyini əsas prioritet etmək istəyirlər.Üstəlik onlar gəmilərin və ekipajların təhlükəsiz olacağına zəmanət verə bilməzlər”.

Vaxt gedir. BMT və Türkiyənin vasitəçiliyi ilə imzalanan saziş cəmi 120 gün müddətinə qüvvədədir. Prinsipcə, noyabrın ortalarında bu müddət uzadıla bilər – ancaq Ukrayna və Rusiyanın qarşılıqlı razılığı ilə.

Birləşmiş Millətlər Təşkilatı razılaşmanın müvəffəqiyyətinə bu qədər əhəmiyyət verərkən, onun cəmi dörd ay ərzində ləğvi fəlakətli olar.

“Bu bazar yenidən bağlanarsa, dünya çətin anlar yaşayacaq”, – WFP-dən Greg Barrow deyir.

Taxıl əməliyyatları üzrə anlaşmalar adətən 18 aydan – iki ilə qədər əvvəldən bağlanır. 2023-24-cü illərdə Ukrayna iqtisadiyyatının vəziyyətini heç kim proqnozlaşdıra bilmədiyi üçün bu inam səviyyəsinin geri qayıtması üçün vaxt lazımdır.

Yeri gəlmişkən, avqustun əvvəlində Ukraynadan kameralar və alqışlar altında çıxan ilk gəmi “Razoni”yə nə oldu?

BMT-nin yoxlama siyahısında gəminin təyinatı hələ də “TBD”dir (müəyyən olunacaq). Başqa sözlə, gəmidəki 26 min ton qarğıdalı heç vaxt gəminin istiqamət götürmüş olduğu Tripoliyə çatmayıb.

Alıcı, görünür, keyfiyyət problemlərini əsas gətirərək, sövdələşməkdən imtina etdikdə, Razoni transponderi söndürməklə hərəkəti Aralıq dənizinin şərqində davam etdirdi – yəni marşrutunun izlənilməsini açıq şəkildə istəmədi.

Nəticədə o, yükün böyük hissəsini Suriyanın Tartus limanında boşaldıb.

Suriyaya ərzaq çatdırılmasında qeyri-qanuni heç nə yoxdur və gəminin marşrutunun dəyişdirilməsində qeyri-adi heç nə yoxdur.

Lakin Razoninin gizli səyahəti açıq şəkildə göstərir ki, taxıl ticarəti dünyasında müəyyən bir göndərişin hara bitəcəyinə heç də həmişə əmin olmaq mümkün deyil.
pressklub
 
 
 

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 26 saniyəyə 1300 dollar qazanan müğənni və 453 manat qazanan elmi işçi VİDEO
22 Noyabr 2024 Nazirin dediyi 130 min boş iş yeri hardadır? - İqtisadçı ekspertdən açıqlama
22 Noyabr 2024 Vətəndaş cəriməni ödəməyəndə məsuliyyət daşıyır, bəs ödənilən vəsait büdcədən yan keçib ciblərə gedəndə bunun məsuliyyəti kimin üzərinə düşür?
21 Noyabr 2024 Bakıda taksi problemi: Avtobus zolağına girişə icazə verilməlidir - AKTUAL
20 Noyabr 2024 Əmək pensiyaları yanvardan bu qədər artacaq
19 Noyabr 2024 Müəllimlərə təhsil kartı ilə güzəşt ediləcək yerlər AÇIQLANDI: geyim mağazaları, supermarketlər, restoranlar, nəqliyyat..
19 Noyabr 2024 Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
19 Noyabr 2024 Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
18 Noyabr 2024 Cənub rayonlarımız “qocalıb”?
17 Noyabr 2024 İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
17 Noyabr 2024 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
15 Noyabr 2024 Məhkəmə müstəvisinə çixdiği halda bu fakt artiq özü bir hüquqi xətadir
14 Noyabr 2024 Həqiqətən körpə uşağın "40"ı var? - Din və tibb nə deyir? (FOTO)
13 Noyabr 2024 Məktəb və universitetlərdə dəyişiklik başlayır: Öncə nədən?
13 Noyabr 2024 Mal-qarası tələf olan sahibkarlar necə və nə qədər sığorta ödənişi ala bilərlər?
13 Noyabr 2024 Təhsil eksperti BU İDDİA ilə bağlı görün, nələri dedi... - AÇIQLAMA
12 Noyabr 2024 Pensiyalar artırılacaq - Nazirdən şad xəbər
12 Noyabr 2024 DÜNYANIN NÜFUSU 8.04 MİLYARA ULAŞTI. DÜNYANIN BÜYÜK FOTOĞRAFINDA EPEY DEĞİŞİKLİK VAR…
11 Noyabr 2024 Azərbaycanda bu şəxslərə güzəştlə torpaqlar veriləcək – Yeni qanun qəbul edildi
10 Noyabr 2024 Pensiyaçılara da nəqliyyatda güzəştli kartlar veriləcək? - Deputat

Dünyapress TV

Xəbər lenti