Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" -
Ölkədə uzun müddətdir ki, müzakirə olunan mövzulardan biri də yas mərasimlərinin təşkili ilə bağlıdır.

Belə ki, son vaxtlar yas mərasimlərinin təşkili zamanı vətəndaşların maddi imkanının olmasından asılı olmayaraq yüksək səviyyədə keçirilməsi ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır.

Yəni bəzi ailələr yas mərasimi zamanı müxtəlif sayda yemək, meyvə və şirniyyat çeşidi təqdim edir. İmkansız vətəndaşlar isə ona uyğun davranmaq məcburiyyətində qalır ki, borc vasitəsilə də olsa, yas mərasimində bahalı süfrə təqdim etməyə çalışır.

Bu prosesin qadağan olunması barədə müxtəlif fikirlər səslənsə də, hələlik həmin vəziyyət davam edir. Hazırda ölkənin cəmi bir neçə bölgəsində artıq yas mərasimi zamanı süfrədə pendir və tərəvəz ağırlıqlı qidalar təqdim etməklə kifayətlənirlər.

Ancaq hələlik bütün ölkədə bu öz həllini tapmayıb. Mövcud problem, yas mərasimlərində çox sayda yeməklərin təqdim olunması prosesi nə vaxt aradan qaldırılacaq və həmin problemin həllinin qarşısını kəsən amillərdən biri də mərasim zallarının biznes sahəsinə çevrilməsidirmi?

Məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədov “Cebheinfo.az”a bildirib ki, bu məsələ uzun müddətdir ki, Azərbaycan cəmiyyətində müzakirə olunur və artıq bir sosial sifarişə də çevrilib:

“Bu gün insanların hamısı arzulayır ki, həmin proses bir qədər yüngülləşsin. Bunun iki yolu var. Birincisi, vətəndaşlar özləri qərar qəbul edib bunu reallaşdırırlar. Məsələn, Naxçıvanda, Şəkidə, Füzulidə və ayrı-ayrı yerlərdə vətəndaşlar özləri bunu tənzimləyir. Bunun digər bir yolu isə qanunveriliklə bağlıdır. Bu Mərkəzi Asiya respublikalarının bəzilərində tətbiq olunur.

Həmin problem yalnız yas mərasimləri ilə bağlı deyil. Məhz toylarla da bağlı məsələdir. Bu məsələlərlə bağlı müzakirələr çoxdur. Hesab edirəm ki, hazırda çıxış yollarından biri də davamlı maarifləndirmə və təbliğat məsələsidir. Yəni hər iki tərəfin fərqli yanaşması var.

Qanunla bağlı onun əleyhinə olan insanlar deyir ki, ictimai münasibətlər onunla tənzimlənməməlidir. Digər şəxslər isə deyir ki, biz bunu mütləq tənzimləməliyik. Düşünürəm ki, bu zaman məsələsidir. İnsanlar özləri çalışmalıdır, bu prosesə getməlidirlər. Eyni zamanda gələcəkdə müəyyən tənzimləmələr də nəzərdə tutula bilər.

Mərasim evlərinə gəldikdə isə, bu həqiqətən də bir biznes sahəsinə çevrilib. Gündən-günə bu cür yerlərin sayı artır. Həmin amilin bu və ya digər formada genişlənməsi bir adət halını alıb. Bu məsələ vətəndaşın özündən və dövlətin özündən asılıdır. Hansı daha doğrudur?

Vətəndaşlar özləri şüurlu şəkildə buna doğru getməlidirlər. Əgər dövlət hesab etsə ki, müdaxiləyə ehtiyac var, o zaman bu addımlar atılacaq. Həmin yerlərə gedənlər məhz vətəndaşlar özləridir. Bəzən də çox böyük vəsait ayrılır.

Bir qədər yüngülləşməyə gedilməlidir. İnsanlar da buna gedən vətəndaşları “filankəs təmtəraqla yas vermədi, zəif götürdü, yaxşı yemək vermədi, masanın üzərində hər şey yox idi” kimi məsələlərdə qınamamalıdır”.
 

Bölmənin digər xəbərləri

22 Yanvar 2025 Daxili kreditlə, yoxsa lizinqlə avtomobil almaq sərfəlidir? - VİDEO
21 Yanvar 2025 Azərbaycanda 1 milyondan çox insana 200 manat...- ŞAD XƏBƏR
21 Yanvar 2025 Bayden Trampın hədələdiyi insanları əfv etdi
20 Yanvar 2025 Ötən il əhali kafe-restoranlara 2 milyard manatdan çox pul xəcləyib
19 Yanvar 2025 Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini bu qədər açıq aşkardan pozmaq olarmı???
18 Yanvar 2025 Aİ suriyalılar üçün 235 milyon avroluq humanitar yardım elan edib
17 Yanvar 2025 İki orqanı olmayan uşağın əlillik pensiyası kəsildi... - Nazirlik isə deyir ki...
17 Yanvar 2025 Milyarder oldu, doğma kəndinin sakinlərinə pul payladı
17 Yanvar 2025 İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
16 Yanvar 2025 Akademik İlham Rəhimovdan daha bir XEYİRXAH ADDIM - VİDEO
16 Yanvar 2025 Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
15 Yanvar 2025 İpoteka krediti ilə nə qədər mənzil satılıb? Statistika açıqlandı
15 Yanvar 2025 Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
14 Yanvar 2025 Bu şəxslər ayda 400 manat alacaq - VİDEO
13 Yanvar 2025 Suriyada yeni hökumət təhsili pulsuz etməyə hazırlaşır
13 Yanvar 2025 Əmək müqaviləsinə xitam verilmiş işçilərin bu hüquqlarını da bilməsi vacibdir.
12 Yanvar 2025 Pensiyalar gələn ay yenidən artırılacaq
12 Yanvar 2025 İctimai nəqliyyat bu şəxslərə pulsuz olacaq?
11 Yanvar 2025 "Buraxılış imtahanlarının vaxtı dəyişdirilsin, ya da... " - Təhsil ekspertindən İLGİNC TƏKLİF
10 Yanvar 2025 “Zəfər parkı”nda müqaviləsiz işlədildi, xəsarət aldı, təzminat ödənilmədi - ŞİKAYƏT / VİDEO

Dünyapress TV

Xəbər lenti