Maaşı az olanlara xoş xəbər -
Minimum əmək haqqının artırılması cəmiyyətin müxtəlif təbəqələri arasında müzakirələrə səbəb olan mühüm iqtisadi hadisələrdən biridir.

Gundeminfo.az xəbər verir ki, belə hallarda ən çox diqqət çəkən məqamlardan biri digər vətəndaşların, xüsusilə də orta və aşağı gəlir qruplarına daxil olan şəxslərin əmək haqlarında artımların olub-olmayacağıdır.

Tələs, bitmədən sən də al. Fürsətlər tükənmədən tətbiqə gəl!

Millət vəkili Vüqar Bayramov Baku.ws-ə açıqlamasında bildirib ki, minimum əmək haqqı həm dövlət, həm özəl sektorda çalışan vətəndaşların məvaciblərinin yeni minimum əmək haqqı səviyyəsinədək artırılmasını nəzərdə tutsa da, vahid tarif cədvəlinə uyğun olaraq əmək haqqı alan vətəndaşların maaşlarında da artımlar olacaq:

"Çünki minimum əmək haqqı məbləği vahid tarif cədvəlində maaş alan vətəndaşlarımızın əmək haqlarına da təsir göstərir. Hazırda 19 pillə üzrə vahid tarif cədvəli ilə dövlət məsrəfində çalışan, dövlət qulluqçusu olmayan vətəndaşlarımızın dörd pillə üzrə maaşları 400 manatdan azdır. Yəni həmin vətəndaşlarımızın maaşları minimum əmək haqqı səviyyəsinə çatdırılacaq. Eyni zamanda bu digər pillələr üzrə artımlarla müşahidə olunacaq.

Məhz Nazirlər Kabineti tərəfindən vahid tarif cədvəlinə uyğun olaraq əmək haqqı artımları ilə bağlı qərarın verilməsi və vahid tarif cədvəlinə uyğun dövlət müəssisələrində çalışan və dövlət qulluqçusu olmayan vətəndaşlarımızın əmək haqlarının artırılacağı həyata keçiriləcək. İlkin gözlənti ondan ibarətdir ki, minimum əmək haqqının artırılması təxminən 700 min vətəndaşımızın əmək haqlarında artımlarla müşahidə olunacaq".

Bölmənin digər xəbərləri

07 Yanvar 2025 Almaniya Suriyaya yalnız bir şərtlə yardım göstərəcək…
06 Yanvar 2025 Əmək haqqı təyin edilərkən işçilər arasında ayrı-seçkiliyə yol verilmir.
05 Yanvar 2025 Birinci və sonuncu mərtəbədə yerləşən mənzillərə tələbat artıb: Səbəb nədir?
04 Yanvar 2025  "Kommunal qiymətlər bazardakı proseslər əsasında formalaşmır, hökumət tərəfindən qərar verilir" - deputat
04 Yanvar 2025 Qiymət artımının təsiri və ya “pis işləyirlər, əziyyətini biz çəkirik”
03 Yanvar 2025 Bayram günlərində işə çağırılan və ya işləyən işçilərin əmək haqqları hansı qaydada və ya məbləğdə ödənilməlidir?
03 Yanvar 2025 İnsanları daha az yeməyə və daha çox işləməyə məcbur edəcəklər
03 Yanvar 2025 “Qadınlar kişiləşib, kişilər dişiləşib”
02 Yanvar 2025 DSMF - tərəfindən hansı əsaslardan Əmək Pensiyası haqqında Azərbaycan Respublikası Qanununin bu 2 maddəsi tətbiq olunmur
02 Yanvar 2025 Yaşayış minimumu 285 manat oldu
02 Yanvar 2025 Bu bankdakı əməliyyat dələduzkuq deyil nədir? - Mərkəzi Bankda bunu görməzdən gəlir...
01 Yanvar 2025 Bu gündən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi artıb
01 Yanvar 2025 Bakı sakininə qaza görə 12 min manat borc gəldi
31 Dekabr 2024 ABŞ Ukraynaya 3,4 milyard dollar yardım ayırıb
30 Dekabr 2024 Sosial bərabərsizlik və iqtisadi inkişaf: Həyat keyfiyyətini necə yaxşılaşdırmaq olar?
29 Dekabr 2024 Her beş uşaqdan biri münaqişə zonalarında yaşayır - UNİCEF
29 Dekabr 2024 Azərbaycan Rusiya vətəndaşlarının ölkədə müvəqqəti qalma müddətini dəyişəcək
28 Dekabr 2024 "Azərbaycanda bu təhsil forması tətbiq olunmalıdır" - Əks halda...
27 Dekabr 2024 İşçi hansı hallarda məzuniyyətdən geri çağrıla bilər? (AÇIQLAMA)
27 Dekabr 2024 Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? - maləsəf

Dünyapress TV

Xəbər lenti