Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? –
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə hər il 9-cu sinifdən kifayət qədər şagirdin təhsilini sona qədər davam etdirmək istəmədiyini və təhsilini bitirmədən əmək bazarına atıldığını deyib.

Karyera İnkişaf Forumunda Məleykə Abbaszadə çıxışı zamanı danışarkən əlavə edib ki, bu da şagirdlərin sayının azaldılmasına gətirib çıxarır.

O, bildirib ki, mərkəzin saytında xüsusi testlər hazırlanıb və bu testlərin nəticələrinə uyğun olaraq proqram şagirdə öz əmək sahəsini müəyyənləşdirməyə kömək edir.

M. Abbaszadə vurğulayıb ki, testlər mütəxəssislər tərəfindən elmi əsaslara uyğun hazırlanıb.

M. Abbaszadə onu da əlavə edib ki, yeniyetmələr və onların valideynləri ixtisas seçimi zamanı əmək bazarında olan tələbatı, gələcəkyönümlü peşələri nəzərə almırlar.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı hesab edir ki, bu fikirlər formaldır və heç bir rol oynamır.

Onun sözlərinə görə, əksəriyyət öz ixtisasına uyğun gəlməyən sahələrdə işləyir: “Kim harada gəldi nə iş tapırsa, orada işləyir, hansısa kursun təlimlərində və ya praktikada öyrənir. Bizdə əmək bazarı deyilən bir şey yoxdur. Ali məktəblər bir tərəfdən 100 minlərlə insanı əmək bazarına buraxır və heç birinə də iş olmur. Yəni belə hoqqabazlıqlardansa, yaxşı olar ki, Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi kimi qurumlar məktəblərdə yüksək səviyyədə təhsil təşkil etsinlər.

İmtahanların keyfiyyətli, şəffaf keçirilməsini, həmçinin şagirdlərin psixometrik yox, psixoloji müayinəsini təşkil etsinlər, çünki bu gün məktəblər biabırçı vəziyyətdədir. Özbaşınalıq, psixoloji problemli şagirdlər, kriminal hərəkətlər baş alıb gedir. Bu kimi ciddi məsələlər həllini tapmalıdır. Məktəblərdən alınan tərbiyə funksiyası, müəllimlərin tapdalanmış hüquqları bərpa olunmalıdır.

Bu gün məktəblərdə təhsilin keyfiyyətsizliyi ilə bərabər tərbiyə də aşağı vəziyyətdədir. Çox təəssüf ki, məktəblərdə uşaqlar özbaşına buraxılıb.

Təhsilin keyfiyyətində fundamental dəyişiklik olmalıdır, təhsil yükü mümkün qədər azaldılmalı və konkret təyinat üzrə yönəldilməlidir. Bu gün yuxarı siniflərdə ümumiyyətlə, dərslər keçirilmir. Bütün bunlar təmin olunsa, bu kimi testlərə, planlara heç ehtiyac da olmaz”.

Sosioloqun fikrincə, son dövrlər aparılan bütün proseslər formaldır və heç bir mahiyyət daşımır.

“Ortada heç bir məzmundan söhbət belə getmir. Bir çox məktəblərin adi şəraitləri belə yoxdur. Bu yaxınlarda Tovuz rayonunun kəndlərindən birində baş vermiş hadisə bir daha buna sübutdur. Xarabalıq şəraitindəki bir məktəb qədimdən qalma soba ilə qızdırılır. 60-a yaxın uşaq tüstüdən zəhərlənib, xoşbəxtlikdən kütləvi ölüm hadisəsi baş verməyib. Bu kimi məsələlərə kompleks şəkildə yanaşılmalı, ciddi lahiyələr həyata keçirilməlidir.

Əsas olaraq məktəblər normal tədris ilə, daha sonra maddi-texniki baza, vəsait, avadanlıqlar və müxtəlif laboratoriyalar ilə təmin olunmalıdır. Necə ki, bütün bunlar SSRİ zamanında var idi. Məktəblərdə fizika, kimiya, biologiya kabinetləri, bir çox avadanlıqlar var idi. Bunların hamısı məhv olub gedib.

Uşaqların psixi və fiziki sağlamlıqları təmin edilməlidir. Təhsildən də vacib tərbiyədir, əvvəl insan yetişdirmək lazımdır. Məktəblərdə ciddi nizam-intizam qaydalarını tətbiq edilməlik, təhsilin keyfiyyəti artırılmalı, müəllimlər öz ixtisasları üzrə düzgün formalaşdırılmalıdır”, – deyə o əlavə edib.

E.Bayramlı qeyd edib ki, məktəblərdə yuxarı siniflər təmayül sistemi ilə davam etsə, o zaman şagirdlər öz istedadlarının hansı sahəyə uyğun olduğunu görə biləcək və bu da onların həmin sahələri əvvəlcədən seçib orada irəliləyiş etməsinə, həmçinin rahat şəkildə ixtisas seçimində də kömək edəcək.

Əmək bazarını təhsilə aid etməyən sosioloq bu məsələni iqtisadi və sosial problem kimi görür: “Ölkənin əmək bazarında məşğulluq məsələləri, iqtisadi aktivlik hansı səviyyədədirsə, o dərəcədə də işçi, mütəxəssis ehtiyacı olacaq. Deyək ki, deyilən məsələlər düzgün şəkildə yönəldildi, 20 min nəfər mütəxəssis buraxıldı. Bazarda isə 200 nəfərə ehtiyac var. Bəs digərləri nə etməlidir?

Bu məsələlər bir-biri ilə bağlı ola bilər. Ancaq ilk növbədə qeyd etdiyim əsas və daha ciddi məsələlərə üstünlük verilməlidir.

Hansısa müxtəlif eksperimentlər bir o qədər ciddi nəticə vermir və Azərbaycan psixologiyasında, xüsusilə ölkənin real şəraitindəki mühitdə belə şeylər yaramır. Hər şey bazara uyğun, reallığa uyğun, özü avtomatik tənzimlənir”.

Sosioloq onu da vurğulayıb ki, insanların hansı sahəyə ehtiyacı varsa, onlar bunu bilir, araşdırır və valideynlər də o sahədə uşaqlarının təhsilinə kömək edirlər:

“Bundan sonra da əmək bazarında həmin sahələr üzrə iş tapa bilənlər işləyir, tapa bilməyənlər isə istənilən bir sahədə birtəhər işləyir. Yəni, real vəziyyət budur. Bu baxımdan, bu məsələlərdən mən heç bir müsbət hal gözləmirəm”, – deyə sosioloq fikirlərini yekunlaşdırıb.

Bölmənin digər xəbərləri

30 Yanvar 2025 Azərbaycan 4 günlük iş rejiminə keçir? – “İş saatlarını 1 saat azaltmaqla...”
29 Yanvar 2025 İşçinin maaşı gecikdiyi üçün ona əlavə vəsait ödənilməlidir? - Açıqlama
29 Yanvar 2025 BAŞLANDI: “Azəriqaz”da kütləvi ixtisarlar - “İşçilərin məhkəməyə müraciət etmək hüququ var”
29 Yanvar 2025 500 manat kredit götürdü, 1500 manat faiz ödədi
28 Yanvar 2025 “SAHİL BABAYEV, İNSAFIN OLSUN...” - Tovuz sakini ünvanlı sosial yardım verilməməsinə etiraz edir
28 Yanvar 2025 Cərimələrin tətbiqinə başlanıldı - Bəs, harda siqaret çəkmək olar? - BŞİH-dən cavab
27 Yanvar 2025 Praktikada bir çox hallarda işəgötürənlər hansı vəzifələrdən yayınır...
27 Yanvar 2025 Əmək münasibətləri sahəsində işəgötürənin hansı vəzifələri var?
27 Yanvar 2025 Qadınlar və kişilərin maaş statistikası: Ekspertlərdən açıqlama
26 Yanvar 2025 DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? - BU NƏDİ BELƏ?
25 Yanvar 2025 "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
25 Yanvar 2025 Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
24 Yanvar 2025 Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
23 Yanvar 2025 Qanunla qadağandır, amma... – Məktəblilərə də lotereya biletləri satılır
23 Yanvar 2025 Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
22 Yanvar 2025 Daxili kreditlə, yoxsa lizinqlə avtomobil almaq sərfəlidir? - VİDEO
21 Yanvar 2025 Azərbaycanda 1 milyondan çox insana 200 manat...- ŞAD XƏBƏR
21 Yanvar 2025 Bayden Trampın hədələdiyi insanları əfv etdi
20 Yanvar 2025 Ötən il əhali kafe-restoranlara 2 milyard manatdan çox pul xəcləyib
19 Yanvar 2025 Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini bu qədər açıq aşkardan pozmaq olarmı???

Dünyapress TV

Xəbər lenti