Naxçıvanda çörək qıtlığı hiss edilir
İki gündür Naxçıvan şəhəri və ətraf ərazilərdə çörək qıtlığı yaşanır. Buna səbəb bölgənin çörək istehsalında əsas rola malik olan APF Qrup MMC-yə aid Naxçıvan şəhərində yerləşön zavodun işçilərinin kütləvi tətilə başlamasıdır. Onlar ağır iş şərtlərinə və maaşlarının gecikdirilməsinə etiraz olaraq fəaliyyətlərini dayandırdıqlarını elan ediblər.
Etirazçılardan B.M. „Gündəlik Naxçıvan“a deyir ki, tələbləri yerinə yetirilənə kimi tətili davam etdirəcəklər:
"Dünəndən işi dayandırmışıq, heç kim işləmir. Bizimlə heyvan kimi davranırlar. 18 saat işlədir, üstümüzə bağırır, təhqir edirlər. Bu azmış kimi, maaşlarımızı da vermirlər. Deyirlər ki, maliyyə çatışmazlığı var. Halbuki, normal şəkildə işləyirdik, çörək də əvvəlki qiymətə satılırdı. Maliyyə niyə olmasın ki? Bizim də ailəmiz var, öhdəliklərimiz var. Normal iş şərtləri, maaş tələb edəndə işdən çıxarmaqla hədələyirdilər. İndi hamımız işi dayandırmışıq, görək bundan sonra kimi hədələyəcəklər."
Naxçıvan şəhər sakini Sahibə Muradova deyir ki, çörək qıtlığı dükanlarda növbələrin yaranmasına səbəb olub:
"İki gündür ki, mağazalarda çörək tapmaq müşkülə çevrilib. Dükançılar deyir ki, APF-nin sexləri işləmədiyindən, əsas çörək təminatı dayanıb. Bu gün səhər mağazaya getdim, çörək qurtarmışdı. Satıcı dedi ki, artıq heç kimə çatmır. Digər sexlərdən gələn çörək isə az olduğundan tələbatı ödəmir. Uşaqlarım bu gün çörəksiz qalıblar. Bu vəziyyət belə davam etsə, nə edəcəyimizi bilmirik."
Çörək satıcısı M. Mehdiyev də çörək qıtlığından narazılıq edir:
"APF Qrup MMC əsas çörək istehsalçılarından idi və çox alıcı onların çörəyini alırdı. Dünəndən sexlər işləmir, çörək gəlmir. Özəl çörək sexlərindən sifariş verib gətiririk, amma onlar tələbatı ödəyə bilmir. Bu səbəbdən qıtlıq yaranıb. Alıcılar da narazıdır, hər gün çörək soruşurlar."
Naxçıvanda çörək qıtlığının nə qədər davam edəcəyi məlum deyil. Sakinlər aidiyyəti qurumlardan problemin tezliklə həll edilməsini, işçilər isə haqlarının ödənilməsini tələb edirlər.
 

Bölmənin digər xəbərləri

30 Yanvar 2025 Azərbaycan 4 günlük iş rejiminə keçir? – “İş saatlarını 1 saat azaltmaqla...”
29 Yanvar 2025 İşçinin maaşı gecikdiyi üçün ona əlavə vəsait ödənilməlidir? - Açıqlama
29 Yanvar 2025 BAŞLANDI: “Azəriqaz”da kütləvi ixtisarlar - “İşçilərin məhkəməyə müraciət etmək hüququ var”
29 Yanvar 2025 500 manat kredit götürdü, 1500 manat faiz ödədi
28 Yanvar 2025 “SAHİL BABAYEV, İNSAFIN OLSUN...” - Tovuz sakini ünvanlı sosial yardım verilməməsinə etiraz edir
28 Yanvar 2025 Cərimələrin tətbiqinə başlanıldı - Bəs, harda siqaret çəkmək olar? - BŞİH-dən cavab
27 Yanvar 2025 Praktikada bir çox hallarda işəgötürənlər hansı vəzifələrdən yayınır...
27 Yanvar 2025 Əmək münasibətləri sahəsində işəgötürənin hansı vəzifələri var?
27 Yanvar 2025 Qadınlar və kişilərin maaş statistikası: Ekspertlərdən açıqlama
26 Yanvar 2025 DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? - BU NƏDİ BELƏ?
25 Yanvar 2025 "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
25 Yanvar 2025 Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
24 Yanvar 2025 Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
23 Yanvar 2025 Qanunla qadağandır, amma... – Məktəblilərə də lotereya biletləri satılır
23 Yanvar 2025 Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
22 Yanvar 2025 Daxili kreditlə, yoxsa lizinqlə avtomobil almaq sərfəlidir? - VİDEO
21 Yanvar 2025 Azərbaycanda 1 milyondan çox insana 200 manat...- ŞAD XƏBƏR
21 Yanvar 2025 Bayden Trampın hədələdiyi insanları əfv etdi
20 Yanvar 2025 Ötən il əhali kafe-restoranlara 2 milyard manatdan çox pul xəcləyib
19 Yanvar 2025 Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini bu qədər açıq aşkardan pozmaq olarmı???

Dünyapress TV

Xəbər lenti