AĞIR PSİXOLOJİ PROBLEMİ OLAN XƏSTƏ NECƏ İŞLƏYƏ BİLƏR? - ETİRAZ VAR...
Bakı şəhər sakini Səlimova Yeganə Sahibcan qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, qızı Səlimova Aysel Yaşar qızı I qrup əlil olmağına baxmayaraq, nazirlikdəki psixoloqlar ona qərəzli şəkildə III qrup təyin ediblər:

“Mən, Səlimova Yeganə Sahibcan qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimizi işıqlandırasınız.

Mən və uşaqlarım ilk dəfə deyil ki, bu cür haqsızlıqlarla üzləşmişik. İllərdir ev növbəsində olmağıma baxmayaraq, mənə ev də vermirdilər, amma şikayətlərim və haqlı olmağım nəticəsində evi verdilər.

Qızım Səlimova Aysel Yaşar qızı həqiqətəndə xəstədir və bu xəstəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki dırnaq arası “psixoloqlar”da təsdiq edir, amma III qrup veriblər.

Maştağa Psixiatriya Xəstəxanasının şöbə müdiri Oqtay həkim və baş həkimi Orxan və Nihat həkim qızımı müayinə və müalicə etdikdən sonra ona “Ağırlaşma F02.8* başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, epilepsiya nəticəsində dərin ağıl zəifliyi, tez-tez baş verən qıcolma tutmaları, kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı var” diaqnozu qoyulmuşdur.

Mən anası olaraq imkan vermərəm ki, Sahil Babayev və dəstəsi qızımın haqqını yesin. Psixoloq dediyi həkimlər xəstələrə zülm verirlər. Mən Baş Prokurorluqdan xahiş edirəm, bir dəfə ora baxış keçirib, kameralara baxsınlar. Ağır xəstələrlə pis davranışın və haqsızlığın şahidi olarsız.

15 noyabr tarixində Respublika Əlillərin Bərpa Mərkəzində qızımı saat 14:00-da 102-ci otağa salıb, 16:00-da müayinə otağından çıxartdılar. Mən xahiş edirəm, o iki saatın görüntülərinə baxsınlar. Mənim uşağım kimi orada yüzlərlə belə xəstələrə işgəncə verirlər.

16:00-a qədər psixoloji xəstəxəyə həkim Günel Soylu tərəfindən psixoloji təzyiq göstərilib, otaqda kameralar var.

Prokurorluq tərəfindən araşdırılmanın aparılmasını, həmən tarixdə və saatda kamera görüntülərinə baxılmasını və həkimin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirik.

Ən gülməli məqam isə odur ki, nazirliyin bütün bu diaqnozla tanış olan həkimləri xəstəliyi təsdiqləyir və qrupu dəyişməkdən ötrü sənədin axırında belə bir cümlə yazırlar: “Kənar şəxsin nəzarəti altında xüsusi məsuliyyət tələbi olmayan peşələr üzrə işləyə bilər”.

Yuxarıda qeyd etdiyim xəstəliyə sahib olan xəstəni hansı qurum işə götürür? Və yaxud da belə xəstəyə işləmək olarmı, yəni bacararmı?

İnsafsızlığın ən dibini görmüş şəxslər mənə yol göstərirlər ki, işləyə bilər.

Mən hesab edirəm ki, maddi maraqlar təmin olunmadığından vəziyyəti bu qədər gərginləşdirirlər. Bu vəziyyətin yaranmağının ən başlıca səbəbi Sahil Babayevdir. Həqiqətən də xəstə olanlar rüşvətsiz istədiklərini əldə edə bilmirlər. Amma sağlam şəxslər əllərində I qrup rahat şəkildə gəzirlər, bunun səbəbi əlbəttə rüşvətdir. Pul ver adını çəkdiyimiz quruma, ən ağır xəstəlik belə yazarlar sənə. Amma həqiqi xəstələri görüb, sanki havalanırlar, kobud davranış sərgiləyirlər.

Mən bir ana olaraq bu şikayətimdə də axıra kimi gedəcəm. Sahil Babayev və komandası düzgün rəy verənə kimi bu işin arxasını buraxmayacam”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Bildirdilər ki, Bakı şəhər sakini Səlimova Aysel Yaşar qızı əlilliyinin qiymətləndirilməsi məqsədilə 15.11.2023-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib: “Vətəndaşın tibbi sənədlərinə və əyani müayinə nəticələrinə uyğun olaraq Nazirlər Kabinetinin 187 saylı "Əlilliyin müəyyən olunması meyarları" na əsasən, ona orqanizm funksiyalarının 40% pozulmasına görə 2 il müddətinə əlillik təyinatı aparılıb”.

Buna uyğun olaraq A.Səlimli müvafiq sosial ödənişlərlə də təmin olunacaq.

Onu da qeyd edim ki, umumiyyətlə xəstəni Günel Soylu müayinə etməyib.

Xəstənin vəziyyəti və diaqnozu barəsində Həkim-Psixiatr Abdulla Şıxlinski ilə həmsöhbət olduq. Həkim bildirdi ki, “Ağırlaşma F02.8* başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, epilepsiya nəticəsində dərin ağıl zəifliyi, tez-tez baş verən qıcolma tutmaları, kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı var” diaqnozu ola bilər. Xəstə həqiqətəndə ağır xəstəliyə sahibdir.

Lakin sənədin axırındakı “kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı var” cümləsi yuxardakı cümlə ilə bir-birinə uyğun gəlmir. O, diaqnozu tərtib edən ekspertlər düzgün tərtib etməyiblər. Birinci cümlə ikinci cümləyə ziddir.

“Bu nəticə düzgün tətbiq olunmayıb. Və çox gülməli haldır, necə ola bilər ki, nəzarətə ehtiyacı olan şəxs işlə təmin oluna bilər. O nəticə etbibarsız hesab oluna bilər. Əgər yenidən rəsmi surətdə komissiya təzədən yoxlasa, o nəticə etibarsız hesab olunacaq. Nəyə görə etibarsız hesab olunacaq? Çünki o məntiq elmin qanunlarına ziddir. Nəticənin 1-ci, 2-ci, 3-cü hissələri bir-birinə ziddiyyət təşkil edir. Nəzarətə möhtac xəstə işləyə bilməz”, - deyə Abdulla Şıxlinski əlavə etdi.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-11_1700571262_1.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-11_1700571262_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-11_1700571263_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-11_1700571264_4.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-11_1700571265_5.jpg

Mənbə: Hurriyyet.az
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır.
 
 
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA

Dünyapress TV

Xəbər lenti