Hamilələrin iş yerləri ilə bağlı qaydalar təsdiqləndi
"Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı"nın və "Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların iş yerlərində təmasda olması qadağan olunan zərərli istehsalat amillərinin siyahısı"nın tətbiqi qaydaları təsdiqlənib.
Baş nazir Əli Əsədov bu barədə qərar imzalayıb.

Bu Qaydalar mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün işəgötürənlərin iş yerlərində tətbiq edilir.

Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların müəyyən olunmuş istehsalatlarda, vəzifələrdə (peşələrdə), yeraltı işlərdə və istehsalat amilləri olan iş yerlərində çalışdığı müəyyən edildikdə qadının hamiləliklə bağlı fizioloji vəziyyəti və uşağının bir yaşınadək olması ilə əlaqədar hallar aradan qalxdıqda işəgötürən tərəfindən işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əsas vəzifəsi (peşəsi) üzrə orta əməkhaqqı saxlanılmaqla yüngül işə keçirilməsi təmin edilməlidir. Bu halda hamilə və ya bir yaşına çatmamış uşağı olan qadın hamiləliyini təsdiq edən tibbi rəyi və ya uşağın doğum haqqında şəhadətnaməsini işəgötürənə təqdim edir.

Qərarla Qaydaların tətbiq edilməsi şərtləri də müəyyənləşir.

İşəgötürən 1 nömrəli Siyahıya əsasən işçilərinin çalışdığı iş yerləri üzrə hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısını müəyyənləşdirməli və kollektiv müqaviləyə daxil etməlidir. Kollektiv müqavilənin bağlanılmadığı hallarında isə bu siyahı müəyyən edilərək işəgötürənin qərarı (əmri, sərəncamı) ilə rəsmiləşdirilir.

2 nömrəli Siyahı ilə müəyyən edilmiş zərərli istehsalat amillərinin səviyyəsi iş yerlərinin attestasiyasının nəticələrinə əsasən buraxıla bilən həddi keçdikdə və yaxud əmək prosesi amilləri hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların sağlamlığına təhlükə yaratdıqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş "İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları"nın 2.5-ci bəndi ilə müəyyən edilmiş "Əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi"ndə bu iş yerlərində hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqinin qadağan edilməsi barədə attestasiya komissiyası tərəfindən müvafiq qeyd aparılır.

Bu Qaydalar hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum səviyyəsini müəyyən edir və onların pisləşdirilməsinə yol verilmir.

Kollektiv müqavilələrlə, kollektiv müqavilənin bağlanılmadığı hallarında isə əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları arasında razılaşmalarla bu Qaydalar ilə müəyyən edilmiş təminatlardan daha yüksək təminatlar müəyyən edilə bilər.

Bölmənin digər xəbərləri

21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA

Dünyapress TV

Xəbər lenti