Əfv ərizəsi yazdığı üçün Əli Əliyevi əfv etməyənlərə cavab verildi
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin azadlığa çıxması üçün əfv ərizəsi yazması birmənalı qarşılanmadı. Bu addımına görə onu qınayanlar, tənqid edənlər var. Partiya sədri bəziləri tərəfindən “sınmaqda”, “iqtidara təslim olmaq”da suçlanır.

Əli Əliyev azadlığa çıxdığı gün mətbuat konfransında bu məsələyə aydınlıq gətirib. Əfv ərizəsi yazsa da barəsindəki ittihamları əsassız saydığını deyib. O, jurnalistlərə deyib ki, mübarizəsini davam etdirəcək. Bərait almaq üçün lazımı hüquqi prosedurlara baş vuracaq.
Siyasətçilərdən Ə.Əliyevin əfv ərizəsi yazaraq azadlığa çıxmasına münasibət bildirənlər var.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev də Ə.Əliyevin əfv ərizəsi yazması ilə bağlı tənqidlərə münasibət bildirib:

“Əli Əliyevin əfv olunmaq üçün müraciət etməsini, Prezidentin də onun partiya sədri olmasını və müraciətini nəzərə alaraq bağışlamasını düzgün hesab edirəm. Bəzi adamlara iqtidarı ittiham etmək üçün “qurbanlar” lazımdır. Onları həbs olunan şəxslərin və ailə üzvlərinin üzləşdiyi məhrumiyyətlər düşündürmür. Belələrinin nə dediyinə əhəmiyyət vermək lazım deyil”.

Bəs bir partiya sədrinin əfv üçün ərizə yazmasının bu kimi reaksiyalara səbəb olmasının səbəbi nədir? Niyə onun azadlığa çıxması bu qədər müzakirələrə səbəb oldu?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan AĞ Partiyanın başqanı Tural Abbaslı bu mövzunun müzakirəsinin ümumiyyətlə doğru olmadığını söyləyib:

“Ümumilikdə əfv sərəncamını müsbət qiymətləndirirəm. Könül istərdi ki, bunun nəticəsində azadlığa çıxanların sayı daha çox olsun. 801 məhkumu əhatə edib, bu say 1500-2000 olsa lap gözəl olardı. İstənilən halda əfv fərmanları humanist addımdır və müsbət qarşılanır. Səhv etmirəmsə, adı siyasi məhbuslar siyahısında olan 2-3 nəfər şəxslər də bunun nəticəsində azadlığa buraxıldılar.

Təbii ki, Əli Əliyevin azadlığa çıxması müsbət haldır, sevindiricidir. Heç bir siyasətçi, partiya sədri öz fikirləri və siyasi fəaliyyətinə görə həbsdə olmamalıdır. Ə.Əliyevin əfv ərizəsi ilə müraciət edib-etməməsi onun şəxsi işidir və kimsə buna müdaxilə edə bilməz. Öz siyasi fəaliyyətini, şəxsi həyatını, karyerasını ölçüb-biçib və belə bir addım atıb.

O baxımdan bu məsələ ilə bağlı partiyaların, siyasi kəsimlərin nə isə deməsini etik hesab etmirəm. Seçicilər, vətəndaşlar isə necə reaksiya verəcəklərini özləri bilərlər. Hər halda bunun Əli bəyin şəxsi seçimi olduğunu düşünürəm və rəqiblərinin də bunu kənardan mənfi, yaxud müsbət qiymətləndirməsi doğru deyil. O, ailəsindən, partiyasından uzaqda həbsdə qalsaydı yaxşı olardı? İndi ən azından azadlıqdadır, fəaliyyətini ölçüb-biçəcək. Ailəsi ilə birlikdə olacaq, nəticədə bir insan azaddır. Ona görə də bu məsələni ümumiyyətlə media və siyasi kəsimdə müzakirə etmək belə yanlışdır. Bu, onun hüququdur”.

“Elə Əli Əliyev başda olmaqla azadlığa çıxan bütün məhkumları ailələrinə qovuşmaları münasibətilə təbrik edirəm. Həbsdə olan digər məhkumlara da tezliklə azadlığa çıxmağı arzulayıram” – deyə, o bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncam imzalayıb.
 

Bölmənin digər xəbərləri

21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA

Dünyapress TV

Xəbər lenti