Türkiyədə müxalifəti təmsil edən "Millət İttifaqı"nın 12-ci toplantısı başa çatıb.
Cebhe.info xəbər verir ki, "altılı masa" bu dəfə prezidentliyə namizədi müəyyən etmək üçün toplanıb.
Toplantıdan sonra ortaq namizəd çıxarmaqla bağlı razılıq əldə olunduğu açıqlanıb:
"Millət İttifaqı"nı təşkil edən siyasi partiyaların liderləri olaraq, 28-ci Dönəm Parlamenti və 13-cü Prezident seçkilərində prezidentliyə ortaq namizəd və keçid prosesi ilə bağlı yol xəritəsi üzərində razılıq əldə etdik. Sədrlər öz partiyalarının səlahiyyətli orqanlarına məlumat verdikdən sonra 6 mart 2023-cü ildə yekun bəyanatı ictimaiyyətlə bölüşmək üçün Səadət Partiyasının ev sahibliyi ilə yenidən görüşəcəyik".
Qeyd olunub ki, növbəti toplantı 6 mart saat 15:00-də Səadət Partiyasının ev sahibliyində keçiriləcək.