Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar təklifi hazırlayır.
Xarici KİV-də yayılan məlumata görə, yeni məhdudiyyətlər paketi cümə günü Aİ-nin daimi nümayəndələri ilə müzakirə edilə bilər.
Məlumata görə, yeni sanksiyalar fiziki şəxslərə qarşı tədbirləri, eləcə də Rusiya brilyantlarının və dəbdəbəli məhsulların idxalına qadağaları əhatə edə bilər.
Həmçinin, Rusiya neftinə qiymət limitinin tətbiqi məsələsinin də müzakirə olunacağı gözlənilir.