"Münasibətləri intensivləşdirmək və onların təftişini aparmaq lazımdır..."
Lukaşenko İran prezidentinə birlikdə müqavimətə çağırış edib...
Minsk və Tehran Günəş altında öz yerini tutmaq üçün birgə dayanmalıdır.
Bunu Belarus prezidenti Aleksandr Lukaşenko cümə günü İran prezidenti İbrahim Rəisi ilə Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşü zamanı bəyan edib.
Moderator.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.
Lukaşenko həmçinin qeyd edib ki, sammit çərçivəsi Belarusla İran arasındakı münasibətlərin inkişafı məsələlərinə dərindən nüfuz etməyə imkan vermir.
Lakin bu sammit ilkin olaraq görüşlər, gündəlik məsələlər, hansısa ciddi məsələlərdən danışmağa imkan yaradır.
"Bu, çox vacibdir, - Belarus prezidenti vurğulayıb. - Və buna imkan var".
Bu zaman Aleksandr Lukaşenko iki ölkə XİN-nin iki vektorunu qeyd edib: münasibətləri intensivləşdirmək və onların təftişini aparmaq.
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) əsası 2001-ci ildə qoyulub, hərbi blokla təhlükəsizlik üzrə açıq müntəzəm müşavirə arasında aralı mövqe tutub.
Təşkilatın ilkin vəzifələri kimi aşağıdakılar bəyan edilib:
- iştirakçı dövlətlərin geniş məkanında sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi;
- terrorçuluq, separatçılıq, ekstremizm, narkotrafiklə mübarizə;
- iqtisadi əməkdaşlıq, energetika tərəfdaşlığı, elmi və mədəni qarşılıqlı əlaqənin inkişaf etdirilməsi.
Təşkilata Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan daxildir.
Müşahidəçi ölkələr Əfqanıstan, Belarus, İran və Monqolustandır.
Tərəfdaş ölkələr Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.
2021-ci ildə ŞƏT-in Düşənbə sammitində Misirə, Qətərə və Səudiyyə Ərəbistanına dialoq üzrə status verilməsi proseduru başlanılıb.
Bu il Belarus ŞƏT-ə tam hüquqlu üzv kimi qoşulması barədə sorğu verib.