Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Azərbaycan-Ermənistan sərhədində yaranmış vəziyyətlə əlaqədar fövqəladə iclası keçirilib. TİA.Az xəbər verir ki, iclasda BMT Baş katibinin Avropa, Mərkəzi Asiya və Amerika məsələləri üzrə köməkçisi Miroslav Yença, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev, Ermənistanın BMT yanında Daimi Nümayəndəsi Mqer Marqaryan, həmçinin bir sıra ölkələrin, o cümlədən Çin, Hindistan, İrlandiya, Meksika, Qana, Braziliya, BƏƏ, Albaniya, Böyük Britaniya, ABŞ, Fransa, Rusiya və sair dövlətlərin nümayəndələri iştirak ediblər.
İclasda çıxış edən ölkələrin nümayəndələri Ermənistan-Azərbaycan sərhədində artan gərginlikdən və hər iki tərəfdən itkilər barədə məlumatlardan ciddi narahat olduqlarını bildiriblər. Bundan başqa, sərhəddə gərginliyin azaldılmasına kömək etmək üçün səylərin gücləndirilməsinin vacibliyi qeyd edilib. İrəvan və Bakı gərginliyi azaltmaq üçün siyasi iradə nümayiş etdirməyə çağırılıb.
İclasda çıxış edən ölkələrin nümayəndələri qeyd ediblər ki, beynəlxalq ictimaiyyət bu cür hadisələrin təkrarlanmaması üçün səy göstərməlidir. İclasda Rusiya və Çin tərəfləri atəşkəsə çağırıb. Son məlumata görə Hindistan qərəz göstərib və Azərbaycanı təcavüzkar adlandırıb. Bu iclası isti-isti TİA.Az-a şərh edən ekspert Ramiyə Məmmədova qeyd edib ki, BMT-də əleyhimizə hər hansı qətnamə olmadə və bu da gözlənilən idi: “Təhlükəsizlik Şurasının iclasını çağıran Fransa idi. Məqsəd Azərbaycanın guya Ermənistana aid torpaqlara hücum etdiyini bəyan etmək və qətnaçı çıxarmaq idi. Lakin dəstək olmadı. Əvvəla paralel Səmərqənddə Prezident İlham Əliyev bu gün Çin və Rusiya liderləri ilə görüşüb. Bu yöndə Bakı xarici siyasətini düzgün qurub. Digər tərəfdən, BMT artıq nüfuzunu itirib. Bu təşkilat 30 il qətnamələri icra etməsi və Ordumuz həyata keçirdi, indi hansı təsir mexanizmi ola bilər ki?”