Böyük Britaniyanın yeni Baş nazirindən Putinə sərt sözlər: “Diktatora güzəşt olmayacaq…”
Böyük Britaniyanın yeni Baş naziri və Mühafizəkarlar partiyasının lideri seçilmiş (Boris Consonn əvəzinə) xarici işlər naziri Liz Trass Rusiyanın Ukraynadakı müharibəsi barədə bir sıra səs-küylü vədlər verib.

O, xüsusilə, vəd edib ki, Baş nazir vəzifəsində Consonun izləri ardınca gedəcək, Ukrayna xalqının böyük dostu olacaq və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin strateji məğlubiyyətə məruz qalacaq.

Nazir deyib ki, müttəfiqlərlə onun üzərində işləyəcək ki, Kiyev daha çox humanitar kömək və silah alsın.

«Baş nazir rolunda mən, Ukrayna xalqının böyük dostu olacam, Boris Consonun izləri ardınca gedirəm və tam zəmanət verirəm ki, Putin Ukraynada uğursuzluğa və strateji məğlubiyyətə düçar olacaq, Rusiya isə gələcəkdə məhv olacaq» – o, deyib.

Nazir həm də vəd edib ki, Britaniya Ukrayna ilə lazım olan qədər bir yerdə olacaq. O, izah edib ki, Ukrayna bütün avropalılar üçün əhəmiyyətlidir, necə ki, gələcək üçün, demokratiya və suverenlik üçün mübarizə aparır.

«…Ukrayna şəhərlərinə düşən hər raketlə, hər əzab çəkən kişi, qadın və uşaqla biz, Ukraynaya daha çox kömək göstərəcəyik» – Trass deyib.

O, izah edib ki, Ukraynaya kömək bircə məqsəd güdür – Prezident Vladimir Zelenskini gücləndirmək.

«…Biz, bilirik ki, Ukrayna azad dünyanın dəstəyi ilə müharibəni uda bilər» – məmur qeyd edib və əlavə edib ki, nə qədər ki, Rusiya Federasiyası getməyib, heç kim özünü təhlükəsizlikdə hiss edə bilməz. Trass Rusiyanın liderini dəhşətli diktator adlandırıb və qeyd edib ki, onunla kompromisə getmək lazım deyil.

…Hazırda dəhşətli diktatora güzəştlər və kompromis barədə düşünməyin vaxtı deyil» – o, qeyd edib.

«Putin Ukraynanı məhv etməyə cəhd göstərdiyi halda heç vaxt olmadığı qədər güclü və birləşmiş millət yaradıb. Ona görə də Ukrayna qələbə çalmalıdır» – Trass qeyd edib.

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 Paşinyan: "İlin sonuna qədər Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəyəm"
23 Noyabr 2024 “Putin “sülh trayektoriya”sına çıxmaq üçün təmaslara açıqdır“ - Kreml
22 Noyabr 2024 Orban: "500 illik Qərb hökmranlığı sona çatdı, qarşıdan Avrasiya əsri gəlir"
22 Noyabr 2024 Rusiyanı qoruyan “əl” geri çəkildi: - Mövqelər sarsılıb, yeni hədəf odur
21 Noyabr 2024 Bu ölkədə hökumət istefaya göndərildi
21 Noyabr 2024 BMT Baş katibi Azərbaycana GƏLDİ
21 Noyabr 2024 Putin Trampla sülhü müzakirə etməyə hazırdır – Şərtləri açıqlandı
21 Noyabr 2024 Gürcüstanda gərginlik DAVAM EDİR – Qərbyönümlü müxalifət geri addım ATACAQ?
20 Noyabr 2024 Hakan Fidanla Blinken Cənubi Qafqazdakı vəziyyətdən danışdı
20 Noyabr 2024 Böyük Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
20 Noyabr 2024 Lula da Silva G20 sammitində görün nələr etdi!
20 Noyabr 2024 Si Cinpinin Putinə diplomatik dəstəyi Çini risklərlə üz-üzə qoyur
19 Noyabr 2024 Prezident təkrar seçki istəyir
19 Noyabr 2024 G20 sammiti başladı - Yeniləndi
18 Noyabr 2024 Trampın dövlət katibi - Marko Rubio dünyaya hansı gözlə baxır?
18 Noyabr 2024 Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
18 Noyabr 2024 “Zelenski G20 sammitinə dəvət olunmayıb”
17 Noyabr 2024 “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
16 Noyabr 2024 Abxaziya prezidenti müxalifətin tələbi ilə istefa verib
16 Noyabr 2024 İsrail prezidentinin Azərbaycana gələcəyi tarix açıqlandı

Dünyapress TV

Xəbər lenti