Görüşdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb. AYNA xəbər verir ki, bu haqda Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlər regional məsələləri, eləcə də İrəvanla Bakı arasında münasibətlərin nizama salınmasını müzakirə edib.
Rusiya Xariic İşlər Nazirliyinin məlumatına görə, danışıqlar zamanı regionda nəqliyyat və iqtisadi kommunikasiyaların bərpası, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin parametrlərinin işlənib hazırlanması üzrə gələcək addımları müzakirə ediblər. "Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərinin hərtərəfli yerinə yetirilməsi üzrə öhdəlik təsdiqlənib. Bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması kontekstində gələcək addımlar müzakirə edilib. Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası, eləcə də Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin parametrlərinin işlənib hazırlanması müzakirə edilib”, - deyə məlumatda qeyd olunur.