Kadırovun istefa mesajının arxasındakı ŞOK SƏBƏB -
“Çeçenistan lideri Ramzan Kadırov istefasına eyham vurmaqla post-Putin Rusiyasında ciddi hakimiyyət bölgüsü oyununa başlayıb. O hesab edir ki, Rusiya Ukraynadakı müharibədə uduzub”.

TEREF.AZ Teleqraf.com-a istinadən xəbər verir ki, bunu ABŞ-da yaşayan rusiyalı politoloq Andrey Piontkovski deyib.

Onun sözlərinə görə, Kadırovun əsas missiyası Çeçenistanın de-fakto müstəqilliyini qorumaq və onu de-yure müstəqilliyə çevirməkdir:

“Kadırov artıq Putindən sonrakı Rusiyada hakimiyyəti bölüşür. Onun oyunu buna hesablanıb və haqlı olaraq hesab edir ki, Moskva Ukraynaya qarşı müharibəni uduzub. Çox ciddi mübarizə başlayır. Bu mübarizədə ilk addımı atan da odur. Əslində bu anlaşılandır, çünki onun Rusiyada kifayət qədər müstəqilliyi var”.

Piontovskinin iddiasına görə, Kadırov istefa versə, Moskvaya getməyəcək Ekspert vurğulayıb ki, Kadırov Rusiyanın təhlükəsizlik orqanları tərəfindən öldürülə biləcəyindən şübhələnir.

“Onun Moskvaya getməyəcəyi ilə bağlı mübahisə etməyə hazıram. Başının arxasına güllə vurulmaq üçün ora çağırılacağını yaxşı bilir. O, Putindən sonrakı Rusiyada hakimiyyətin bölüşdürülməsi kimi mürəkkəb oyuna başlayır. Yalan bəyanat verib, ona görə də Moskvaya getməyəcək”, - Piontovski bildirib.

Politoloq Kadırovun bundan sonra özünü son dərəcə ehtiyatlı aparacağını bildirib: “Onun düşmənləri arasında təkcə Rusiyanın təhlükəsizlik orqanları deyil, nüfuzlu çeçenlər də var. Bundan əlavə, “kadırovçular”la da ehtiyatlı olmalıdır ki, ona qarşı üsyan etməsinlər”.

Piontkovski vurğulayıb ki, təhlükəsizlik orqanları Putinin Kadırova verdiyi səlahiyyətlərdən son dərəcə narazıdırlar və bunu hətta gizlətmirlər.

Digər rusiyalı politoloq Abbas Qalyamov isə hesab edir ki, Kadırovun istefa bəyanatı Rusiyada kəskin daxili siyasi böhranın başladığını təsdiqləyir.
 
 
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 Paşinyan: "İlin sonuna qədər Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəyəm"
23 Noyabr 2024 “Putin “sülh trayektoriya”sına çıxmaq üçün təmaslara açıqdır“ - Kreml
22 Noyabr 2024 Orban: "500 illik Qərb hökmranlığı sona çatdı, qarşıdan Avrasiya əsri gəlir"
22 Noyabr 2024 Rusiyanı qoruyan “əl” geri çəkildi: - Mövqelər sarsılıb, yeni hədəf odur
21 Noyabr 2024 Bu ölkədə hökumət istefaya göndərildi
21 Noyabr 2024 BMT Baş katibi Azərbaycana GƏLDİ
21 Noyabr 2024 Putin Trampla sülhü müzakirə etməyə hazırdır – Şərtləri açıqlandı
21 Noyabr 2024 Gürcüstanda gərginlik DAVAM EDİR – Qərbyönümlü müxalifət geri addım ATACAQ?
20 Noyabr 2024 Hakan Fidanla Blinken Cənubi Qafqazdakı vəziyyətdən danışdı
20 Noyabr 2024 Böyük Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
20 Noyabr 2024 Lula da Silva G20 sammitində görün nələr etdi!
20 Noyabr 2024 Si Cinpinin Putinə diplomatik dəstəyi Çini risklərlə üz-üzə qoyur
19 Noyabr 2024 Prezident təkrar seçki istəyir
19 Noyabr 2024 G20 sammiti başladı - Yeniləndi
18 Noyabr 2024 Trampın dövlət katibi - Marko Rubio dünyaya hansı gözlə baxır?
18 Noyabr 2024 Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
18 Noyabr 2024 “Zelenski G20 sammitinə dəvət olunmayıb”
17 Noyabr 2024 “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
16 Noyabr 2024 Abxaziya prezidenti müxalifətin tələbi ilə istefa verib
16 Noyabr 2024 İsrail prezidentinin Azərbaycana gələcəyi tarix açıqlandı

Dünyapress TV

Xəbər lenti