Ərdoğan Rusiya və Ukrayna liderlərinin görüşünü təşkil etmək istəyir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna dövlət başçıları - Vladimir Putin və Volodimir Zelenski arasında görüş təşkil etmək niyyətindədir. “Report” xəbər verir, bu barədə Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra mətbuata bəyanatlarla çıxışında məlumat verib.