Razi Nurullayev ermənilərlə görüşdən danışdı: -
Avstriya Milli Müdafiə Akademiyasında Azərbaycan və Ermənistandan olan siyasətçilərin görüşü keçirilib.

Vyana şəhərində Şərqi Avropa Beynəlxalq Araşldırmalar Mərkəzinin təşkilatçılığı ilə baş tutan müzakirələrdə Azərbaycandan və Ermənistandan olan müxalifət liderləri iştirak ediblər.

“Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Milli Məclisinin üzvü, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev görüşə Şərqi Avropa Beynəlxalq Araşdırmalar Mərkəzinin, həmçinin Avstriyanın hökumət nümayəndələrinin qatıldığını bildirib.

Razi Nurullayevin sözlərinə görə, tərəflər Azərbaycanla Ermənistan arasında sülh məsələlərini müzakirə ediblər. Hər iki ölkədə sülhlə bağlı ictimai rəyin necə olması, hökumətin siyasəti, müxalifətin bununla bağlı baxışı, sülh müqaviləsinin imzalanmasında mövcud çətinliklər və perspektivlər barədə fikir mübadiləsi aparılıb:

“Biz bildirdik ki, Ermənistan özünü zəfər qazanmış Azərbaycanla bərabər tutur və az qala qalib ölkə kimi hələ şərtlər də irəli sürür. Azərbaycanın mövqeyi budur ki, bütün yazılı və şifahi mübahisələr həll edilmədən tez-tələsik sülh müqaviləsi imzalayıb gələcək nəsillərə problem saxlamaq olmaz.

Sülh müqaviləsinin bağlanması üçün Ermənistan öz konstitusiyasına dəyişiklik etməlidir. Mən də görüşdə təklif etdim ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan iddialar götürülməlidir. Bəyan etdik ki, referendum həm də Ermənistan cəmiyyətinin sülhə olan münasibətini də ifadə etmiş olacaq.

Beləliklə, referendumdan çıxan nəticə Azərbaycan üçün də əsas yaradacaq ki, bundan sonra hansı motivlər üzərində siyasət aparsın. Ona görə də Azərbaycanın bu mövqeyinin dəyişməz olaraq qalacağı vurğulandı. Eyni zamanda, ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı Azərbaycanla bərabər müraciət olunmalı və sərhədyanı ərazilərdə “Yerkrapah” hərbi təşkilatı Azərbaycana qarşı təxribatlardan çəkinməlidir. Həmçinin, Qərbi Azərbaycan İcmasının öz dədə-baba torpaqlarına qayıtmaq hüququ təsbit edilməli, qondarma rejimin tör-töküntülərinin Ermənistan ərazisində fəaliyyətinə son qoyulmalıdır”.

Deputat bildirib ki, Ermənistan müxalifəti isə danışıqları Rusiya masasına yatırmaq və prosesi təzələmək fikrindədir:

“Açıqca deyirlər ki, biz hakimiyyətə gələn kimi Paşinyanın atdığı bütün addımları sıfırlayacağıq. Amma biz bir daha Azərbaycanın dəyişməz mövqeyini vurğuladıq və onları regionda sülhün bərqərar olması üçün obyektiv mövqe nümayiş etdirməyə çağırdıq. Gəldiyim qənaət bundan ibarətdir ki, Ermənistanın siyasi elitası sülhə hazır deyil.

Onlar Rusiyanın prosesə qoşulması ilə yanaşı, məsələlələrin yenidən Minsk qrupu çərçivəsinə qayıtmasını, müzakirələr aparılmasını, Qarabağdan könüllü getmiş insanların geri dönüşünün təmin edilməsini istəyirlər. Biz də bir daha qeyd etdik ki, onlar Qarabağdan öz istəkləri ilə gediblər. Getməklərinin səbəbi Azərbaycan vətəndaşlığını qəbul etməmələri ilə bağlı olub”.

Razi Nurullayev qeyd edib ki, Ermənistan nümayəndələri Azərbaycanla sülh müqaviləsinin ölkələri üçün ifşaedici və alçaldıcı hesab etdiklərini deyiblər.

“Bizimlə görüşdə müxalifətin təmsilçisi olan Marukyan dedi ki, baş nazir olacaqsa, Azərbaycanla bu şərtlər altında heç bir sülh sazişi imzalamayacaq. Bizim də ona sualımız oldu ki, siz Azərbaycana qarşı Paşinyandan fərqli necə siyasət apara biləcəksiniz? Dedik ki, siz bunu etdiyiniz andan Azərbaycan siyasətini və ritorikasını elə dəyişər, mat vəziyyətinə düşə bilərsiniz”.

Bölmənin digər xəbərləri

13 İyun 2025 “Ağcaqayın yarağı” ölkəsi Bakı ilə barışır
13 İyun 2025 Türkiyə və Yunanıstan arasında mühüm toplantı
12 İyun 2025 İranın bitməyən Zəngəzur xofu - Xamneyinin adamı nəyin mesajını verir?
12 İyun 2025 Azərbaycana qarşı köhnə iftira - Bakıdan tutarlı cavab
12 İyun 2025 Kremlin Qarabağ üzərindən şok bazarlıq təklifi - REAKSİYA
11 İyun 2025 "Avropa İttifaqının Ermənistandakı missiyası casusluq fəaliyyəti ilə məşğuldur" - Rusiya XİN
11 İyun 2025 “Bədbəxt” adlandırdığı şəhərdə yallı gedən Paşinyan idi – SƏRT CAVAB
11 İyun 2025 Paşinyanın yalançı sülhü - Qarabağı “itirilmiş vətən” elan etdi
10 İyun 2025 Azərbaycana bu böhtanı da atdılar – Tramp komandası Bakıya görə TERROR edilir
09 İyun 2025 Türk dövlətindən Putin Rusiyasını qıcıqlandıran addımlar...
09 İyun 2025 ABŞ-ın Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" qanunu yəqin ki, xeyli yumşaldılacaq" - "Politico"
08 İyun 2025 Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər - TƏFƏRRÜAT
08 İyun 2025 NATO MƏRKƏZİNDƏ BAYRAĞIMIZ QALDIRILDI - FOTOLAR
08 İyun 2025 Tiflislə İrəvan arasında gömrük savaşı: "Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir"
07 İyun 2025 Tramp Çinə təzyiq göstərməkdən çəkinir — Bloomberg
07 İyun 2025 ABŞ İrana qarşı sanksiya tətbiqini bərpa etdi: Onlarla şəxs qara siyahıda...
06 İyun 2025 Qərb MDB-nin dağılmasını istəyir - Kremldən yeni plan
05 İyun 2025 Putinlə Roma Papası arasında telefon danışığı: əsas məqamlar
05 İyun 2025 Azərbaycan-Ermənistan danışıqları başlayıb? – “Real nəticələr ola bilər”
04 İyun 2025 Zelenskiyə edilən hörmətsizlikdən sonra Si Cinpin də görüşdən yayınır – Trampın növbəti hədəfi kimdir?

Dünyapress TV

Xəbər lenti