Xronika: Tirana zirvəsindən sonra Qərbi Azərbaycan məsələsi tələb şəklində səslənir  VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Tirana zirvəsindən sonra Qərbi Azərbaycan məsələsi tələb şəklində səslənir" adlı süjetdə Qərbi Azərbaycana qayıdış məsələsinin beynəlxalq gündəliyə daxil edilməsindən bəhs olunub.

Bildirilib ki, bu il mayın 21-də Ankarada keçirilən "Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" mövzusundakı beynəlxalq konfrans tarixi torpaqlarımıza dönmək istiqamətindəki önəmli addımlardan biridir. Burada əsas məqamlardan biri Qərbi Azərbaycana qayıdışın beynəlxalq müstəvidə müzakirəsinin təşkil edilməsi və dünyanın diqqətinin məhz bu məsələyə yönəldilməsidir. Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciətdə Qərbi Azərbaycan məsələsinin beynəlxalq gündəliyə daxil edildiyi, Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsinin regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərt olduğu vurğulanır: "Ermənistan cəmiyyətində türk xalqlarına qarşı dərin kök salmış nifrət, "böyük Ermənistan" xülyası, həmin ölkənin konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer alması, Qərbi azərbaycanlıların qayıdışına imkan verilməməsi sülhə mane olur. Azərbaycan qayıdış məsələsi ilə bağlı Ermənistan rəhbərliyinin Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etməsini gözləyir".

Qeyd olunub ki, "Fakt" nəşrinin yazdığına görə, Azərbaycan sülh sazişini Ermənistan üçün arzuolunmaz şərtlər çərçivəsində imzalayacaq.

Erməni politoloq Beniamin Matevosyan, deputat Lilit Qalstyan, "APRİ Ermənistan" Analitik Mərkəzinin baş elmi işçisi Beniamin Poqosyanın fikrincə, Azərbaycan sülh sazişi üçün rəsmi şəkildə iki şərt irəli sürür: "ATƏT-in Minsk qrupunun buraxılması və Ermənistan konstitusiyasının dəyişdirilməsi. Lakin digər tələbləri də var. Onlardan biri də azərbaycanlıların Ermənistana, yəni rəsmi Bakının dediyi kimi, Qərbi Azərbaycana qayıdışının təmin edilməsidir. Sonda Paşinyan Azərbaycanın təqdim etdiyi sənədi imzalayacaq. Tirana zirvəsindən sonra Qərbi Azərbaycan məsələsi tələb şəklində səslənir. Bakının əsas planı Qərbi Azərbaycan muxtar vilayətinin yaradılmasıdır. Gələn il Qərbi azərbaycanlıların qayıdışı reallaşa bilər".

Diqqətə çatdırılıb ki, geri qayıdacaq azərbaycanlıların təhlükəsizliyini təmin etmək üçün xarici qüvvələrin cəlb edilməsi tələb olunacaq və Ermənistan bu şərtlərə əməl etmədiyi müddətdə sülh sazişi də imzalanmayacaq: "Ermənistanda qorxulara səbəb olan hadisələrdən biri də İrəvan Qazılığının bərpa edilməsidir. Bu qərar Qərbi azərbaycanlıların qayıdışı strategiyasında mühüm addımlardan biridir və qayıdışın tezliklə reallaşacağına dair ümidləri daha da artırır".

Sonda vurğulanıb ki, Prezidentt İlham Əliyevin bəyan etdiyi kimi, Qərbi Azərbaycana qayıdış Ermənistana qarşı ərazi iddiası yox, beynəlxalq hüququn təmin edilməsidir: "Ermənistanın bu reallıqla barışmaqdan başqa yolu qalmayıb".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

 

Bölmənin digər xəbərləri

31 May 2025 Tokayevdən Əliyevə və Ərdoğana MÖHTƏŞƏM DƏSTƏK
31 May 2025 Duqindən postsovet ölkələrinə görünməmiş təhdid - Bakıdan reaksiya
30 May 2025 3 qardaş ölkə Laçından elə mesajlar verdi ki... - Dünyanın gözü AZƏRBAYCANDA
30 May 2025 Onlar Bakıya qayıdır, bəs bizimkilər..?
30 May 2025 Ərdoğan Ermənistanla münasibətlərin normallaşacağını açıqlayıb
30 May 2025 Dağlar arasında üç dost - yeni regional blokun siqnalı?
30 May 2025 ABŞ rəsmi olaraq öz bayrağını Dəməşqdə sancdı:
29 May 2025 Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq - Azərbaycan lideri
29 May 2025 Ərdoğanın Azərbaycana səfəri başa çatdı — FOTOLAR
28 May 2025 Laçında Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü keçirildi - VİDEO
28 May 2025 Şahbaz Şərif: Azərbaycan bu gün beynəlxalq müstəvidə böyük önəmə sahibdir
28 May 2025 Ərdoğan böyük heyətlə Laçına gəldi – CANLI
28 May 2025 Ukrayna üçün dörd ssenari - AKTUAL
28 May 2025 “Ermənistan “3+3” formatında nazirlərin növbəti görüşünü keçirməyə hazırdır” – Ermənistan XİN
27 May 2025 Tramp və Netanyahu arasında GƏRGİNLİK: İranla bağlı NƏ DANIŞDILAR?
26 May 2025 Bakının əməliyyatları revanşistləri təşvişə saldı
26 May 2025 İran və ABŞ razılığa GƏLMƏDİ
26 May 2025 Gürcüstanın neytrallıq siyasəti sona çatır -ŞƏRH
25 May 2025 Ceyhun Bayramov: "Azərbaycanla Ermənistan arasında danışıqlar davam edir"
25 May 2025 Rəsmi Bakı Rusiya-Ukrayna münaqişəsinin siyasi dialoq yolu ilə həllinin tərəfdarıdır

Dünyapress TV

Xəbər lenti