b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_006e7f66b3476c4f08a194c2a9c14443.jpg
  

Arzuxan Əlizadə: “Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz tarixi vətənlərinə geri qayıtmasının qarşısını almaq mümkün olmayacaq”

Ermənilər Azərbaycanla sülh müqaviləsi imzaladıqdan sonra Bakıda yaşaya biləcəklər. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. “Qalanları Ermənistan ərazisində vaxtilə yaşadıqları kəndlərə qayıda biləcəklər. İndi ermənilər Gürcüstanda yaşayırlar - eyni məntiq”, - o, brifinq zamanı “qalanlar” dedikdə kimi nəzərdə tutduğunu açıqlamayıb, amma aydındır ki, söhbət qərbi azərbaycanlılardan gedir. Çünki Simonyan elə həmin brifinqdə  jurnalistlərin suallarını cavablandırarkən Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi Azərbaycanla bağlı bəyanatlarına da münasibət bildirib. Simonyan bu bəyanatların “normal  və  Ermənistanın addımlarına güzgü reaksiyası" olduğunu bildirib. “Biz Azərbaycana ərazi iddiaları irəli sürürük... Amma bunu görmürük və Azərbaycan tərəfindən atılan addımlara cavab olaraq təəccüblənirik. Baxın, onlar nə edirlər? İlham Əliyev güzgü prinsipi ilə cavab verir. Biz ona qarşı nə etmişiksə, o da eynisini edir", deyə spiker qeyd edib.

Simonyan erməniləri reallıqda yaşamağa və Ermənistanı dünyadan təcrid olunmuş bir ada kimi görməməyə çağırıb.

“Öz dünyanızda yaşamaqdan əl çəkin. Elə davranmayın ki, guya yalnız Ermənistan var və onun tarix dərsliyi mövcuddur, digər xalqlar isə əhəmiyyətsizdir. Guya biz, ermənilər, duduk çalır, ərik becərirdik, digərləri isə ağacda yaşayırdı... Bu yanaşmadan əl çəkin, Ermənistan Respublikasını və onun gələcəyini məhv etməyin. Bu, səhvdir. Bunu anlayın”.

Simonyan hesab edir ki, sülh müqaviləsinin imzalanmasından 5 dəqiqə sonra Ermənistan və Azərbaycan vətəndaşları bir-biri ilə ticarətə başlayacaq, bütün mümkün yollarla bir-biri ilə əlaqə saxlayacaqlar.

Sülh müqaviləsindən sonra doğrudanmı ermənilər, məsələn, Bakıdan köçənlər geri qayıda bilərlər? Ermənistan hakimiyyəti bu açıqlama ilə Azərbaycanın qərbi azərbaycanlıların tarixi vətənlərinə geri dönüşü tələbinə qarşı bu tələblə çıxış etdiyinimi ortaya qoyur? Azərbaycanlılarla ermənilərin dərhal ticarətə başlaması mümkünmü?

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri - Azərbaycan Milli İstiqlal  Partiyası

Arzuxan Əlizadə

Milli Məclisin əslən Qərbi Azərbaycandan olan deputatı Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, erməni spiker Alen Simonyan və Paşinyan hökumətinin bir sıra üzvləri sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsinin yeganə yol olduğunun fərqindədirlər. İlk növbədə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası aradan qaldırılmalıdır: “Erməni cəmiyyətində müxalifətdə olan müəyyən qüvvələr daha çox onu vurğulayırlar ki, baş nazir Nikol Paşinyan Azərbaycanın bütün tələblərinin qarşısında geri çəkilir, güzəştə gedir. Bu rəyi müəyyən qədər yumşaltmaq üçün erməni cəmiyyətinə Simonyanın dili ilə o cür mesajlar verməklə Ermənistanın da sülh müqaviləsinin imzalanmasından əldə edəcəyi dividentləri daha çox qabartmaqla fərqli mühit formalaşdırmaq istəyirlər. Simonyan ən azından onu bilir ki, çox qısa müddət ərzində, hətta sülh müqaviləsi imzalandıqdan 5 dəqiqə sonra Azərbaycanla Ermənistan arasında iqtisadi-ticari müqavilələrin bağlanması və münasibətlərin dərhal sovetlər dönəmində olduğu kimi inkişafı mümkün deyil. Çünki ermənilər 30 il ərzində Azərbaycan xalqına qarşı o qədər ağır cinayətlərə yol veriblər, elə dəhşətli faciələr yaşadıblar ki, qarşılıqlı etimad mühitinin tez bir zamanda yaranması mümkün görünmür. Bunun üçün xeyli zaman lazımdır. Zamanla yanaşı Ermənistanın bundan sonra atacağı addımlarda fərqli mövqe sərgiləməsinə böyük ehtiyac olacaq. Bunlar olacaqsa, müəyyən qədər qonşuluq münasibətlərini inkişaf etdirmək mümkün olacaq”.

A.Əlizadənin fikrincə, Simonyan və digərləri fərqindədirlər ki, Qərbi Azərbaycandan qovulmuş, deportasiya olunmuş azərbaycanlıların öz tarixi vətənlərinə geri qayıtmasının qarşısını almaq mümkün olmayacaq. Azərbaycan bu məsələni beynəlxalq səviyyədə təmin edəcək: “Ermənilər bunu bilirlər. Ona görə də əvəzində ermənilərin də Bakıya və digər ərazilərə geri qayıtmaq imkanlarının olacağı ilə bağlı fikirləri ictimailəşdirməklə erməni cəmiyyətində sakitlik yaratmaq istəyirlər. Ermənistan hakimiyyəti qarşıdakı dövrdə atacaqları addımları müəyyən qədər sığortalamaq istəyir ki, cəmiyyətdən ciddi təpki ilə üzləşməsin. Həm də onun da fərqindədirlər ki, Bakıdan köçmüş ermənilərin böyük əksəriyyəti Ermənistanda məskunlaşmayıb. Onların böyük əksəriyyəti müxtəlif kənar ölkələrdə məskunlaşıblar. Onların geri qayıtması artıq qeyri-mümkün olan məsələdir.  Həmin ermənilər özləri geri qayıtmaq istəməyəcəklər. Amma bizim öz tarixi vətənimizə geri qayıtmaq imkanlarımız kifayət qədər böyükdür və soydaşlarımız doğma torpaqlarına qayıtmaq arzusundadırlar. Bakı və Azərbaycanın digər yerləri ermənilərin tarixi vətəni olmayıb. Onlar sonradan Çar Rusiyası və SSRİ tərəfindən süni şəkildə buralara köçürülüblər”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bölmənin digər xəbərləri

31 May 2025 Tokayevdən Əliyevə və Ərdoğana MÖHTƏŞƏM DƏSTƏK
31 May 2025 Duqindən postsovet ölkələrinə görünməmiş təhdid - Bakıdan reaksiya
30 May 2025 3 qardaş ölkə Laçından elə mesajlar verdi ki... - Dünyanın gözü AZƏRBAYCANDA
30 May 2025 Xronika: Tirana zirvəsindən sonra Qərbi Azərbaycan məsələsi tələb şəklində səslənir VİDEO
30 May 2025 Ərdoğan Ermənistanla münasibətlərin normallaşacağını açıqlayıb
30 May 2025 Dağlar arasında üç dost - yeni regional blokun siqnalı?
30 May 2025 ABŞ rəsmi olaraq öz bayrağını Dəməşqdə sancdı:
29 May 2025 Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq - Azərbaycan lideri
29 May 2025 Ərdoğanın Azərbaycana səfəri başa çatdı — FOTOLAR
28 May 2025 Laçında Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü keçirildi - VİDEO
28 May 2025 Şahbaz Şərif: Azərbaycan bu gün beynəlxalq müstəvidə böyük önəmə sahibdir
28 May 2025 Ərdoğan böyük heyətlə Laçına gəldi – CANLI
28 May 2025 Ukrayna üçün dörd ssenari - AKTUAL
28 May 2025 “Ermənistan “3+3” formatında nazirlərin növbəti görüşünü keçirməyə hazırdır” – Ermənistan XİN
27 May 2025 Tramp və Netanyahu arasında GƏRGİNLİK: İranla bağlı NƏ DANIŞDILAR?
26 May 2025 Bakının əməliyyatları revanşistləri təşvişə saldı
26 May 2025 İran və ABŞ razılığa GƏLMƏDİ
26 May 2025 Gürcüstanın neytrallıq siyasəti sona çatır -ŞƏRH
25 May 2025 Ceyhun Bayramov: "Azərbaycanla Ermənistan arasında danışıqlar davam edir"
25 May 2025 Rəsmi Bakı Rusiya-Ukrayna münaqişəsinin siyasi dialoq yolu ilə həllinin tərəfdarıdır

Dünyapress TV

Xəbər lenti