ABŞ-ın Ukrayna ilə uğursuz faydalı qazıntı sazişini əvəz etmək üçün nəzərdə tutulmuş yeni əməkdaşlıq təklifləri Kiyevin Avropa İttifaqına daxil olmaq cəhdini sarsıtmaq təhlükəsi yaradır.
APA xəbər verir ki, bu barədə “Bloomberg“ agentliyi məlumat yayıb.
“Razılaşma Ukraynanın Avropa İttifaqına üzvlük cəhdini sarsıda bilər və ABŞ-a Ukrayna iqtisadiyyatının böyük sahələrini əhatə edən investisiya qərarları üzərində faktiki nəzarət imkanı verə bilər”, - agentlik qeyd edib.