Təhlükəsizlik erası bitdi – Kennedinin dəhşətli proqnozu reallaşır
“Soyuq müharibə”nin sonunda dünyanın aparıcı gücləri nüvə silahlarının azaldılmasının planeti daha təhlükəsiz edəcəyi ilə bağlı razılığa gəlmişdilər. Artıq o dövr başa çatıb.

Bu barədə “The Wall Street Journal” yazır.

Silahlara nəzarət müqavilələri dağılır, nüvə gücləri öz arsenallarını gücləndirir, yayılma riski artır. Döyüş meydanında üstünlük əldə etmək üçün taktiki nüvə silahlarından istifadə imkanları getdikcə daha çox müzakirə olunur.

Nüvə müharibəsi qorxusunun qayıdışına aparan yol 1945-ci ildə Nyu-Meksikada Trinit poliqonunda ilk nüvə partlayışı həyata keçirildiyi zaman başlayıb. 1963-cü ildə – “Soyuq müharibə” dövründə ABŞ prezidenti Con Kennedi nüvə silahlarının onlarla ölkənin əlində olacağı bir gələcəklə bağlı qorxularını ifadə eləmişdi. O, bunu “mümkün ən böyük təhlükə” adlandırmışdı.

Onilliklər ərzində silahlara nəzarət müqavilələri, texniki maneələr və qarşılıqlı təminat prinsipləri ən pis ssenarilərin qarşısını alıb.

Nüvə silahlarının qlobal ehtiyatları 1980-ci illərin ortalarında pik həddə çatdı, amma sonra tədricən azaldı. ABŞ və SSRİ 1991-ci ildə ilk Strateji Silahların Azaldılması Müqaviləsini imzaladı. Amma bu gün Rusiya və ABŞ arasında mühüm razılaşmalar təhlükə altındadır. Ortamənzilli Nüvə Qüvvələri Müqaviləsinə xitam verilib və yerləşdirilən döyüş başlıqlarının sayını məhdudlaşdıran müqavilənin müddəti gələn ilin əvvəlində başa çatır.

ABŞ tez-tez Rusiya və Çindən gələn və yeni silahlanma yarışına səbəb ola biləcək artan təhlükələrə qarşı çıxmaq üçün nüvə imkanlarını genişləndirmək zərurətindən danışır.

Hesablamaya görə, Çin 2035-ci ilə qədər nüvə ehtiyatını üç dəfə artırmağı planlaşdırır. Pekinin arsenalında artıq ABŞ ərazisinə çata bilən 600-ə yaxın qitələrarası raket var. Üstəgəl, Pekin Rusiya və ABŞ ilə nüvə qüvvələrinin məhdudlaşdırılması ətrafında danışıqlara dair təklifləri rədd edir.

ABŞ və Rusiya strateji ehtiyatlarını azaltsa da, taktiki nüvə silahları narahatlıq doğurur. Aşağı gücü və qısa məsafəsi bu silahları adi hərbi münaqişələrdə istifadə etməyə imkan verir. Moskva bu silahların Ukraynada istifadə oluna biləcəyinə dəfələrlə eyham vurub. Noyabrda Rusiya hətta doktrinanı yeniləyərək, onun istifadəsi üçün əsasları genişləndirib.

1970-ci ildə imzalanmış Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədə təsbit olunmuş nüvə silahlarının yayılmaması səyləri təzyiqə məruz qalır. 191 ölkənin imzalamasına baxmayaraq, nüvə silahına malik üç ölkə heç vaxt bu sazişə qoşulmayıb və Şimali Koreya 2003-cü ildə müqavilədən çıxıb.

Müqavilənin üzvü olan İran nüvə silahına yiyələnməkdən sadəcə bir neçə ay uzaqdır. Səudiyyə Ərəbistanı da İranın öz proqramında uğur qazanacağı təqdirdə, bundan nümunə götürəcəyini bəyan edib.
 

Bölmənin digər xəbərləri

18 Aprel 2025 Lavrov ABŞ-nin dövlət katibi ilə danışdı
18 Aprel 2025 Türkiyəyə qarşı “qisas əməliyyatı” başladı – Sürpriz ola bilər
18 Aprel 2025 Ermənistan dövləti Qarabağ üçün yaradılıb – Paşinyandan ŞOK / VİDEO
18 Aprel 2025 Siyasi oyunbazlıq: Bakıda “Qarabağ Azərbaycandır” söylə, Berlində əksini
17 Aprel 2025 Mayın 9-da Kiyevə yox, Moskvaya gedəcəyəm - Fitso
16 Aprel 2025 Prezidentlərin nahar əsnasında geniş tərkibdə görüşü oldu
16 Aprel 2025 Moskvaya gedəcəyəm və mənə kimsə qadağa qoya bilməz – Fitso
16 Aprel 2025 Rusiyalı səfir İsveç XİN-ə çağırıldı
15 Aprel 2025 Rəsmi Bakıdan Fransaya ŞİLLƏ KİMİ cavab: Rədd edirik!
15 Aprel 2025 ABŞ-İran danışıqlarında bu məsələlər MÜZAKİRƏ OLUNACAQ
15 Aprel 2025 Referendum və konstitusiya dəyişiklikləri – Nə gözlənilir?
14 Aprel 2025 Türkiyə və İsrailin Bakı görüşü: Fidandan reaksiya...
13 Aprel 2025 Türkiyə və Ermənistan XİN başçıları görüşüblər
13 Aprel 2025 Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatdı-FOTO
12 Aprel 2025 Ərdoğanla əş-Şara görüşdü
12 Aprel 2025 Dünyanın diqqəti İstanbulda: Məxfi sənədlər qaytarılır, qərar dəyişəcək
11 Aprel 2025 Azərbaycanın diplomatik uğurları: Antalya Forumunda yeni perspektivlər
11 Aprel 2025 Lukaşenko: Qərb ölkələrində heç vaxt demokratiya olmayıb
11 Aprel 2025 Amerika Çinlə barışmaq istəyir
10 Aprel 2025 Lavrov Türkiyəyə niyə gedir?

Dünyapress TV

Xəbər lenti