Rusiya diktatoru Vladimir Putin gələn ay ABŞ-nin yeni prezidenti seçilən Donald Trampın andiçmə mərasiminə dəvət edilməyib.
"AzPolitika" xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Moskva yanvarın 20-də ABŞ-nin yeni seçilmiş prezidentinin andiçmə mərasiminə Putin üçün dəvət almadığını bildirib.
"NBC News" xəbər verir ki, eyni zamanda Tramp Çin prezidenti Si Cinpini Vaşinqtonda keçiriləcək andiçmə mərasimində iştirak etməyə dəvət edib. Kanal bir çox mənbəyə istinadən bildirib ki, dəvət Donald Trampın noyabrın 5-də keçirilən prezident seçkilərində qalib gəldikdən sonra göndərilib.
Lakin jurnalistlər Çin liderinin belə bir dəvəti qəbul etdiyini dəqiqləşdirməyiblər.