Avropa İttifaqı (Aİ) Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvlərinin Cənubi Qafqaza səfəri başlayıb. Bakupost.az xəbər verir ki, əvvəlcə nümayəndə heyəti İrəvana gedib. Ermənistanda bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla görüşən heyət Avropa İttifaqı ilə münasibətlərin əhəmiyyətli dərəcədə dərinləşməsinə yönəlmiş prosesi məmnunluqla qeyd edib. Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə toxunan Ararat Mirzoyan Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması prosesindən danışıb. Nümayəndə heyəti Gürcüstan və Azərbaycana da səfər edəcək.