Rusiya Azərbaycan-Ermənistan nizamlanması üzrə danışıqları qəbul etməyə həmişə hazırdır və ümid edir ki, Bakı və İrəvan müvafiq təklifin aktuallığını nəzərə alacaqlar.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Azərbaycan Səfirliyinin təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbirdə iştirak edən Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin jurnalistlərə açıqlamasında bildirib.
"Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanması üzrə Moskvada sülh danışıqlarının aparılmasına dair təkliflərimiz Ermənistan və Azərbaycandan olan tərəfdaşlarımız üçün açıqdır. Ümid edirik ki, İrəvan və Bakı bunu xatırlayır və başa düşürlər", - deyə rusiyalı diplomat üç ölkənin xarici işlər nazirlərinin Moskvada görüşünün planlaşdırılıb-planlaşdırılmaması ilə bağlı suala cavab olaraq bildirib.