"Hiss edirəm ki, nəinki daşı-daş üstünə, qayanı da qaya üstünə qoya bilərəm..."
“Müğənnilərin bir çoxunu bu gün seriallarda, filmlərdə görürük. O zaman aktyorların da bir çoxu oxuya bilər. Bu incəsənətin bir qoludur, ayrı peşə sayılmır ki. Oxumaq da olar, oynamaq da. Bunu nə müğənnilərə, nə də ki, aktyorlara qadağan etmək olmaz. Əgər istedad varsa, niyə də yox?! Məsələn, atam müğənni, xanəndə deyil, amma efirdə bir muğam ifaçısı hansısa qəzəli səhv oxuyursa, onun düzəlişini verir”

TEREF.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Xuraman Əlizadə deyib. O daha sonra əlavə edib.

“Mən işləyən insanam, çəkim çox olsa da enerjiliyəm. İş üçün özümü oda-közə vuran biriyəm. Mənim indi elə bir yaşımdır ki, cavanam, iş qabiliyyətim var. Hiss edirəm ki, nəinki daşı-daş üstünə, qayanı da qaya üstünə qoya bilərəm. İndiki tamaşaçılara artıq qalmaqallar, intriqalar maraqlı deyil. Tamaşaçılar indi artıq sənəti üstün tuturlar. Bəzən də əksinə olur. Hanısa məclisə gedirəm, bir də görürəm ki, hansısa sənətçi haqda elə məlumat verirlər ki. Elə sözlər eşidirəm ki. Deyirəm ki, “mənim xəbərim yoxdur, siz hardan xəbər tutursunuz?”. Oturub araşdırırlar, müzakirə edirlər” deyə sevilən aktrisa bildirib.

Xuraman Əlizadə mətbəx bacarığından da danışıb.

“Məxbəxlə aram superdir. Yeməklərim də daddıdır. Xoşlamıram ki, mətbəxdə iş görərkən kimsə mənə müdaxilə etsin. Dəymə mənə, mən artıq onun qədərini bilirəm. Əlimin duzu var. Yeməklərimi də özüm hazırlayıram, paltar, qablarımı da özüm yuyuram, hər bir işimi özüm görürəm. Burada utanılası heç nə yoxdur. Heç vaxt ağlamamışam, naşükürlük etməmişəm, evimiz var, eşiyimiz var” deyə aktrisa bildirib.
 

Dünyapress TV

Xəbər lenti