"Bir insan il ərzində 78 kq ət yeməlidir, Azərbaycan isə adambaşına 35 kq ət istehsal edilir, qalanı xaricdən gətirilir. Əhalinin alıcılıq qabiliyyəti çox aşağıdır. İşsiz adam ət ala bilmir. Ölkədə ətin qiyməti çox bahadır”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov deyib. Onun sözlərinə görə, məmurlar Ukraynadan, Rusiyadan, Gürcüstandan diri mal gətirirlər:
"Bundan əlavə ölkədə bu biznes oliqarxların əlindədir, bu qiymətdən onlar məmnundur. Xalqın bəzi təbəqəsinin ət ala bilməməsi onları maraqlandırmır. Ölkədə adam başına 35 kq ət yeyilir. Bir məmurun saxladığı it il ərzində 10-12 azərbaycanlı qədər ət yeyir. 20 manata olan əti kasıb necə yesin? Brolyer ətinin qiyməti Türkiyə ilə müqayisədə iki dəfə bahadır".
Vahid Məhərrəmov bir müddət əvvəl ətin qiymətinin bahalaşması ilə bağlı açıqlama verdiyini vurğulayıb:
"Bunun da səbəbləri var, 400 min hektara yaxın örüş ərazisini əkin sahələrinə verilib. Həmin əraziləri oliqarxlar mənimsədilər. Ölkədə ot istehsalı kəskin şəkildə aşağı düşüb, yem istehsalı azalıb. Bundan əlavə, yemin qiyməti bahadır. Ölkədə ən azı 2 milyon 500 min ton yem istehsal olunmalıdır, amma cəmi 100 min ton istehsal edilir. Eyni zamanda, xaricdən gətirilən yem komponentlərinin qiyməti bahadır. Bütün bunlar ətin qiymətinə təsir edir. Türkiyədə ətin qiyməti Azərbaycanla müqayisədə 30% ucuzlaşıb. Bizdə isə məmurlar bu sahəni inhisara alıblar”.