Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran 2023-ci il üçün qara kürünün ixrac kvotasının müəyyən olunmaması barədə qərar qəbul edib.
"Report"un Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyinə istinadən xəbər verir ki, bu barədə qərar Xəzər dənizinin su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın 6-cı iclasında qəbul edilib.
Xatırladaq ki, 1992-ci ildə Xəzər dənizinin su bioloji ehtiyatları üzrə qurumlararası komissiya işə başlayıb, 2014-cü ildə isə Həştərxanda "Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında” saziş imzalanıb. Komissiya "Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında” 29 sentyabr 2014-cü il tarixli sazişin həyata keçirilməsi məqsədilə yaradılıb.