Azərbaycan “OPEC+”un gündəlik neft istehsalının azaldılması qərarını dəstəkləyib
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 33-cü iclasında 2022-ci ilin noyabrından gündəlik xam neft hasilatının 2 mln. barrel azadılması ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.

Bu barədə “APA-Economics”ə Energetika Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, “Əməkdaşlıq Bəyannaməsi”nin iştirakçı ölkələrinin bu yeni öhdəlikləri cari ilin avqust ayındakı kvotalarına nəzərən müəyyənləşdirilib. Razılaşmanın müddəti 2023-cü ilin 31 dekabr tarixinədək uzadılıb.

Yeni qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel təşkil edir. Beləliklə, “OPEC plus” razılaşması 2022-ci ilin noyabrından etibarən ölkəmizdə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min barreldən azaldılaraq 684 min barrel həcmində saxlanılmasını nəzərdə tutur.

“OPEC plus”un növbəti görüşü cari ilin 4 dekabrına təyin edilib.
 

Bölmənin digər xəbərləri

07 Aprel 2025 Gürcüstanda kənd təsərrüfatı məhsullarının qiyməti və....
07 Aprel 2025 Alça və çiyələyin qiyməti əl yandırır - VİDEO
07 Aprel 2025 Çubaysın hesablarına həbs qoyuldu
07 Aprel 2025 Rusiya dünyanı fəth edəcək... VİDEO
06 Aprel 2025 Tramp: Tariflərdən Çin iqtisadiyyatına ABŞ-dan daha çox zərər dəyir
06 Aprel 2025 Gözlənilən müharibə başladı: 95 illik plan masada – Bakı hazır olmalıdır
05 Aprel 2025 Bakıda kirayə mənzillərin qiyməti hansı səbəbdən artır (ŞƏRH)
05 Aprel 2025 Bir gündə 208 milyard... - Tramp milyarderlərin cibinə zərbə vurdu
05 Aprel 2025 "Kredit bataqlığı"nda bankla "evlənən" vətəndaşın taleyi... - Problemli kreditlərin məbləği yalnız artır
04 Aprel 2025 İlham Əliyev: AÇG , “Abşeron” və “Şahdəniz” bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir
04 Aprel 2025 Fitch-dən Türkiyəyə reytinq xəbərdarlığı
04 Aprel 2025 Əhalinin dollar əmanəti artıb - Görəsən nədəndir?
04 Aprel 2025 Parçalanmış ticarət inflyasiyaya təkan verə bilər xəbərdarlığı
04 Aprel 2025 Mərkəzi Bankın dollar qadağası: Yeni böhranın ayaq səsləri?
03 Aprel 2025  Banklar daha qazana bilmir: Pul yoxdur, yoxsa etimad? - AKTUAL
03 Aprel 2025 Araz Ağalarov 4 ildir siyahıya düşə bilmir – Azərbaycanlı milyarderlərin siyahısı
03 Aprel 2025 Sosial ödənişləri karta köçürmək üçün DSMF bu banklara 47,5 milyon manat ödəyəcək - DETALLAR
02 Aprel 2025 “Azercell” mobil nömrələrdən istifadəyə görə məcburi aylıq xidmət haqqı tutur - MƏBLƏĞ
02 Aprel 2025 Tələt Məmmədov 10 Manatlıq Şirkətlə 194 Min Manat köçürə bilər
02 Aprel 2025 Gömrükdən büdcəyə daxil olan vəsaitlər kəskin azalıb, yoxsa… - ARAŞDIRMA

Dünyapress TV

Xəbər lenti