Riskləri sığortalayan qiymət:
2023-cü ilin dövlət büdcəsi layihəsində xam neftin bir barelinin orta illik ixrac qiyməti 50 ABŞ dolları səviyyəsində götürüləcək. Artıq büdcə layihəsi açıqlanıb. Yaxın günlərdə layihə parlamentin komitələrində müzakirəyə çıxarılacaq. Büdcə layihəsində neftin proqnozlaşdırılan qiyməti maraq doğurub.

Görəsən, hökumət qiyməti niyə 50 dollar götürüb?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, son illər dünyada neftin qiyməti heç vaxt stabil olmur:

“İndi 50 dollar neft üçün orta qiymətdir. Fikrimcə, bu qiymət realdır. Birjadakı abı-havadan asılı olaraq qiymətlər dəyişir, rüblük, illik orta qiymət çıxarılır. Məsələn, keçən il Brent markalı neftin orta illik qiyməti 70 dollar 91 sent təşkil edib”.

Ekspert qeyd edib ki, heç kim təminat verə bilməz ki, gələn il neft qiymətləri ucuzlaşmayacaq:

“Cari ilin büdcəsində də qiymət 50 dollar götürülmüşdü. Büdcəyə iyun ayında edilən dəyişikliklər zamanı neftin qiymətini daha 50 faiz artırdılar. Bəs gələn il üçün niyə eyni qiymətə qayıtdılar? Hamıya bəllidir ki, bu il dünya bazarında enerji daşıyıcılarının qiymətinin baha olmasının səbəbi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi idi. Gözlənilir ki, hətta müharibə bitməsə belə, dünya gələn il müharibənin fəsadlarını yumşaltmağa qadir olacaq. Bununla paralel olaraq qiymətlər də aşağı enəcək. Həmçinin proqnozlaşdırılır ki, Rusiya ilə Qərb ölkələri arasında ticari əlaqələr aşağı düşdüyündən gələn il enerjiyə tələbat da azalacaq. Bu baxımdan da gələn il neft qiymətlərinin indiki ilə müqayisədə enməsi proqnozlaşdırlır”.

İ.Şabanın sözlərinə görə, bütün bunları nəzərə aldıqda görürük ki, Azərbaycan hökuməti büdcə layihəsində neft üçün uyğun qiymət müəyyən edib:

“Azərbaycan hökuməti özünü sığortalamaq üçün qiyməti 50 dollardan götürür. Reallıqda gələn il neftin qiyməti necə olacaq, hələ ki deyə bilmərik. Bu ilin 8 ayının nəticələrinə görə, Azərbaycan nefti ortalama 103 dollar 12 sentdən ixrac edilib”.

Neft-qaz üzrə ekspert Zəfər Vəliyev isə dedi ki, gələn il dünyada gözlənilən iqtisadi böhranla əlaqədar neft qiymətləri düşə bilər:

“Götürülən qiymətdə bütün risklər nəzərə alınır. Hazırda Ukrayna ətrafında baş verən hadisələrdən sonra həm Avropa, həm Sakit okean, həm Asiya bazarlarında dərin enerji böhranı müşahidə edilməkdədir. Təbii qazla paralel olaraq bütün enerji daşıyıcılarının qiymətləri əvvəlki illərlə müqayisədə bir neçə dəfə artıb. Bazar iştirakçıları belə hesab edirlər ki, bu tendensiya davam edərsə, dünya üzrə neft-kimya məhsullarına tələbat aşağı düşəcək. Bunu, əsasən iqtisadi böhranla əlaqələndirirlər. Ona görə də qiymətlərin növbəti ildə aşağı düşmə ehtimalı var”.

Ekspertin fikrincə, beynəlxalq qurumların tamamilə fərqli proqnozları da var:

“Məsələn, həm Beynəlxalq Enerji Agentliyinin, həm OPEC-in verdiyi proqnozlara görə, gələn il neft və neft məhsullarına olan tələbat builkindən daha çox olacaq. Bu il proqnoz göstərici ondan ibarət idi ki, ilin 12 ayı ərzində gündəlik qlobal neftə olan tələbat 99,7 milyon barel civarındadır. Lakin gələn il neftə olan qlobal tələbat 100 milyon bareldən yuxarı proqnozlaşdırılır. Tələbatın Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə 102,4 milyon barel, OPEC-ə görə isə 101 milyon bareldən yuxarı olması gözlənilir. Əgər fiziki bazarlardakı real duruma nəzər salsaq, demək olar ki, gələn il neftə olan tələbat bu illə müqayisədə 2,7 milyon barel çox ola bilər. Lakin Ukrayna ətrafında baş verən hadisələr, geosiyasi gərginlik tələbatın aşağı düşmə ehtimalını da istisna etmir”.

Z.Vəliyev qeyd edib ki, dünya üzrə neft emalı zavodlarının xammalla yüklənməsi artacaq:

“Əgər real bazara nəzər salsaq, görərik ki, hazırkı tələbat texnoloji proseslərlə bağlıdır. Yəni dünyada mövcud olan neft emalı zavodlarının xammalla yüklənməsi kifayət qədər yüksəkdir. Avqust ayının göstəricilərinə görə, dünyada mövcud olan neft emalı zavodlarının gündəlik xammalla yüklənməsi 82 milyon bareldən yuxarıdır. Pandemiyadan qabaq - 2019-cu ildə bu göstərici 85-86 milyon barel olub”.

Ekspertin fikrincə, gələn il də neft məhsullarına tələbat yüksək olacaq:

“Düşünürəm ki, neft qiymətləri gələn il də yüksək olacaq. Qaz qiymətləri yüksək olduğuna görə, alternativ mənbə olaraq neft məhsullarına - yanacaq mazutuna, dizel yanacağına, texniki kerosinə və müxtəlif markalı sürtgü yağlarına tələbat arta bilər”.
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 ABŞ-ın dövlət borcu 36 trilyon dolları keçdi
25 Noyabr 2024 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər – ARAŞDIRMA
25 Noyabr 2024 ŞAD XƏBƏR - Bu sahədə çalışanların maaşları artırılacaq
24 Noyabr 2024 İlon Mask yenidən dünyanın ən varlı adamı seçili
24 Noyabr 2024 Azərbaycanda ictimai iaşə dövriyyəsi 11 % artıb
23 Noyabr 2024 Rusiya satdığı qazın pulunu almağın yollarını axtarır – Peskov
22 Noyabr 2024 75 faizlik vergi güzəşti jurnalistlərə nə verəcək? - AKTUAL
22 Noyabr 2024 Azərbaycanda nağd pulla alış-verişə tam qadağa? - BU NƏDİ BELƏ?..
22 Noyabr 2024 Gürcüsrana 1 m3 qazı 17,5 qəpiyə öz vətəndaşına isə 20 - 25 qəpiyə satırlar, ayıbdır - İqtisadçı ekspert
21 Noyabr 2024 Dövlətin aqrar sektora ayırdığı yüz milyonlar nəticə vermir? - Hesablama Palatası “effekti yoxdur” deyir
20 Noyabr 2024 Məcnun Məmmədov: “Hər bir addım qlobal iqlim dayanıqlılığını gücləndirir”
20 Noyabr 2024 "Bitcoin"dən yeni REKORD
19 Noyabr 2024 "Şahdəniz" və AÇG yataqlarından 460 mlrd. kubmetr qaz hasil edilib - Energetika Nazirliyi
19 Noyabr 2024 Azərbaycanda on ayda 2.2 tona yaxın qızıl istehsal edilib
19 Noyabr 2024 Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
19 Noyabr 2024 Türkiyədən Rusiyaya turist axını REKORD HƏDDƏ
18 Noyabr 2024 Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
18 Noyabr 2024 Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
17 Noyabr 2024 Azərbaycan 670 milyon dollarlıq layihələrə imza atdı
17 Noyabr 2024 Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI

Dünyapress TV

Xəbər lenti