"Bravo" Marketlər şəbəkəsi 2021-ci ildə 65 milyon 6 min manat cəmi zərər etmişdi. Bu ilin ilk 6 ayında isə cəmi zərəri 36 milyon 133 min manat olub - trendə baxanda bu ilin sonuna aşağı-yuxarı keçən il ilə eyni səviyyədə cəmi zərər yaranacaq. Teref.az yazır ki, bunu iqtisadçı Natiq Cəfərli deyir. Daha sonra Natiq bəy deyir: Məmurlara bağlı biznes heç vaxt dayanıqlı ola bilməz, müvəqqəti uğurları ola bilər, amma sonda həmişə ciddi problemləri olub-olur-olacaq, çünki məmur biznesinin uğuru qanunlara yox, "kresloya" bağlıdır: Hanı bir vaxtlar ölkədə hörmətli şirkətlər qrupu sayılan "ZQAN"? Nə oldu ki, "kreslo" gedən kimi "uğur" da bitdi?! Teref.az