Avropada qazın qiyməti martın əvvəlindən indiyədək ilk dəfə 3300 dolları keçibYaradılıb 26.08.2022 08:53 | Baxış sayı: 137Avropada qazın qiyməti martın əvvəlindən indiyədək ilk dəfə 3 300 ABŞ dollarını keçib."Report" bu barədə Londonun ICE birjasının məlumatlarına istinadən xəbər verir.Belə ki, TTF qovşağında sentyabr fyuçerslərinin dəyəri 1 000 kubmetr üçün 3 333 ABŞ dollarına yüksəlib.Günün əvvəlindən qazın qiymətində ümumi artım 11%-dən çoxdur.Qeyd edək ki, martın 7-də qazın birja qiyməti tarixdə ilk dəfə olaraq 1 000 kubmetr üçün təxminən 3 900 ABŞ dollarına çatıb. Facebook-da paylaş